Sürətlə inkişaf edən və yeniləşən Azərbaycanın elmi ənənələrini davam etdirmək, potensial imkanlarını üzə çıxarmaq məqsədi ilə gənclərin elmi araşdırmalarına hərtərəfli dəstək vermək.
Gənclərdə ciddi elmi araşdırmalara və mükəmməl təhsilə həvəs oyatmaq.
Ölkə rəhbərliyinin iqtisadi potensialımızın intellekt kapitalına çevrilməsi istiqamətində atdığı addımları dəstəkləmək və gənclərin bu prosesdə fəal iştirakına nail olmaq.
Xarici ölkələrdə təhsil alan və ya araşdırma aparan azərbaycanlı gəncləri ölkənin inkişafına öz töhfələrini vermələri üçün təşviq etmək.
Gənclərin nüfuzlu təhsil müəssisələrində və elmi araşdırma mərkəzlərində tədqiqatçı kimi yetişmələri və təcrübə keçmələrinə kömək etmək.
Gənclərin elmi dünyagörüşünün formalaşması və müasir elmi-texnoloji yeniliklərə yiyələnməsi prosesində fəal iştirak etmək.
Vəzifələrimiz
Elmi tədqiqatla məşğul olan gənclər arasında əməkdaşlılğı inkişaf etdirmək.
Gənclərə zəruri elmi tədqiqat vərdişləri qazandırmaq.
Maarifçilik sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və təbliği istiqamətində zəruri tədbirlər həyata keçirmək.
Gənc tədqiqatçıların elmi uğurlarını təbliğ və təşviq etmək.
Fəaliyyətlərimiz
Elmi tədbirlər (elmi konfranslar, seminarlar), dəyirmi masa və görüşlər, keçirmək, müxtəlif təyinatlı təlim kursları, elmi və bədii əsərlərin müzakirəsini təşkil etmək.
Gənclərin elmi tədqiqatlarının nəticələrini əks etdirən sanballı elmi nəşrlər hazırlamaq və çap etdirmək.
Nüfuzlu kitabxanalara çıxışı təmin etmək məqsədi ilə elektron kitabxana layihəsini həyata keçirmək və gənclərin istifadəsinə vermək.
İctimai birliyin veb saytında tədqiqatçılar üçün elmi yenilikləri əhatə edən lazımi məlumatları yerləşdirmək və mütəmadi yeniləmək.
Elmi araşdırmalarda etik normalara riayət edilməsinin vacibliyi xüsusunda gəncləri maarifləndirmək.