GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

ГлавнаяПроектыРеализуемые проекты

Реализуемые проекты

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi, " Birinci sinifdən proqramlaşdırmanın tədrisi" adlı layihəsinə başladı...

 

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi

“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” adlı layihəsinə başladı

 

23 iyun 2016-cı ildə 23 nömrəli orta məktəbdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin təşəbbüsü ilə Təhsil Nazirliyinə təqdim olunan “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” adlı layihənin tətbiq ediləcəyi orta məktəb direktorları və informatika müəllimləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Abdulla Qəhrəmanov layihə çərçivəsində məktəblərin və müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs etdi. Proqramlaşdırmanın birinci sinifdən tədrisinin önəmi üzərində dayanan A.Qəhrəmanov bunun əyani nəticəsini ailə fərdi üzərində təcrübədən keçirdiyini qeyd etdi.

Tədbirdə Bakı tədris mərkəzlərindən Nəsimi rayon 19 nömrəli, Nizami rayon 32 nömrəli, Səbail rayon 189-190 nömrəli, Xətai rayon 245 nömrəli və Xəzər rayon 156 nömrəli məktəblərinin direktor və informatika müəllimləri də iştirak etdilər.

Layihə çərçivəsində 28 iyun-15 iyul tarixləri arasında 23 nömrəli məktəbdə informatika müəllimlərinə ScratchJr, Scratch 2.0 və Python proqlamlaşdırma dili təlimləri verilir. Layihənin davamı olaraq həmin müəllimlərin öz məktəblərində birinci sinif şagirdlərinə bu proqramların öyrədilməsi nəzərdə tutulmuşdur.

Sosial şəbəkələr

Faydalı linklər