“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur

Dekabr ayının 20-si Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur. Tədbirdə, həmçinin, layihənin məhsulu https://carbonfootprint.az/ portalının təqdimatı da keçirilmişdir.

ADNSU-nun inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rəşid Cəbrayılov layihənin məqsədi və mahiyyəti barədə qısa məlumat verdi. O, öz çıxışında bildirdi ki, "Ekoaddımlar: karbon ayaq izlərimiz" layihəsi, dövlətin iqlim siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək vermək məqsədi daşıyır. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir addımdır və insanlarda karbon emissiyası barədə maarifləndirməni artırmağı hədəfləyir. Sonra isə, GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumat vermək üçün sözü birliyin sədri Elvin Hüseynova verdi.

Sədr Elvin Hüseynov təşkilatın fəaliyyəti, məqsədi, vəzifələri və bu günə kimi icra olunmuş layihələr barədə ətraflı məlumat verdi. O, həmçinin bildirdi ki, GEAD İctimai Birliyinin könüllüləri layihənin icrasında və tədbirlərin təşkilində aktiv iştirak etmiş və layihənin uğurla həyata keçirilməsinə töhfə vermişdirlər.

Sonra layihənin təlimçisi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) baş mütəxəssisi, ekoloq Kənan Hüseynov qlobal ekoloji problemlər, Azərbaycanda ümumi ekoloji vəziyyət və dövlətimizin bu problemlərin həlli istiqamətində atdığı addımlar haqqında geniş şəkildə danışdı. O, öz çıxışında xüsusilə, dövrümüzün ən aktual ekoloji problemlərindən biri olan karbon emissiyası ilə bağlı da hərtərəfli məlumat verdi.

Daha sonra layihə rəhbəri Rəşid Cəbrayılov layihənin məhsulu olan https://carbonfootprint.az/  portalını iştirakçılara təqdim etdi. O bildirdi ki, veb platforma karbon ayaq izinin hesablanması üçün yaradılmışdır, məqsədi  hər bir fərdin ətraf mühitə vurduğu təsiri dəyərləndirə bilməsinə şərait yaratmaqla fərdlərin iqlim dəyişikliyinə təsirini daha yaxşı başa düşməsinə və karbon emissiyalarını azaltmaq üçün daha düşünülmüş qərarlar verməsinə dəstək olmaqdır.

“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin təlimi baş tutmuşdur