“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin icra etdiyi “Gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda araşdırma və əməkdaşlıq potensialının artırılması” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin əsas məqsədi elmi tədqiqatla məşğul olan seçilmiş gənclərin müxtəlif elm sahələrində apardıqları elmi araşdırmalara dəstək verməklə onların elmi potensiallarını aşkara çıxararaq dünya elminə inteqrasiyasına nail olmaqdır. Bu da öz növbəsində ölkəmizin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına töhfə verəcəkdir. Layihə məqsədinə nail olmaq üçün müvafiq sahələr üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislərin iştirakı ilə çoxmodullu təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
“Elmin kommersiyalaşdırılması: elmin dəyərə çevrilməsi” adlı təlim bu modullu təlimlərin sonuncusudur.
Təlimin əsas öyrənmə hədəfləri:
• Elmin kommersiyalaşdırılmasının əsasları
• Texnoloji transfer - tədqiqatdan məhsula keçid
• Kommersiyalaşdırma modelləri
• Biznes model və maliyyə mənbələri
• Elmi məhsulun bazara çıxarılması
Təlimçi: Rəşid Cəbrayılov
Qeydiyyat üçün:
https://forms.gle/sJkCkGHfJD3MMUpr8