Elmi Tədqiqatlarda Statistik Təhlil: Metodlar, alətlər və tətbiqləri

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin icra etdiyi “Gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda araşdırma və əməkdaşlıq potensialının artırılması” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin əsas məqsədi elmi tədqiqatla məşğul olan seçilmiş gənclərin müxtəlif elm sahələrində apardıqları elmi araşdırmalara dəstək verməklə onların elmi potensiallarını aşkara çıxararaq dünya elminə inteqrasiyasına nail olmaqdır. Bu da öz növbəsində ölkəmizin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına töhfə verəcəkdir. Layihə məqsədinə nail olmaq üçün müvafiq sahələr üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislərin iştirakı ilə çoxmodullu təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

“Elmi Tədqiqatlarda Statistik Təhlil: Metodlar, alətlər və tətbiqləri” adlı təlim bu modullu təlimlərin beşincisidir.

Təlimin əsas öyrənmə hədəfləri:

  •       Statistik Analizin Əsasları: Elmi tədqiqatlarda rolu və əhəmiyyəti
  •       Əsas statistik metodlar və ələtlər
  •       Statistik təhlil proqramları və onların Tətbiqi: Python, EViews və Excel timsalında
  •       Real nümunə üzərində statistik təhlilin aparılması və nəticələrin interpretasiyası

Təlimçi: Mirvari Qəzənfərli 

i.f.d. (iqtisad elmləri üzrə fəlsəfə doktoru (ekonometrika, iqtisadi statistika))

QEYD: Təlimin praktiki keçəcəyini nəzərə alaraq, şəxsi kompüterlərinizi gətirməyiniz tövsiyə olunur.

İndi qeydiyyatdan keçin

Error! There was an error sending your message.