“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin icra etdiyi “Gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda araşdırma və əməkdaşlıq potensialının artırılması” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin əsas məqsədi elmi tədqiqatla məşğul olan seçilmiş gənclərin müxtəlif elm sahələrində apardıqları elmi araşdırmalara dəstək verməklə onların elmi potensiallarını aşkara çıxararaq dünya elminə inteqrasiyasına nail olmaqdır. Bu da öz növbəsində ölkəmizin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına töhfə verəcəkdir. Layihə məqsədinə nail olmaq üçün müvafiq sahələr üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislərin iştirakı ilə çoxmodullu təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
“Dissertasiyaların tərtibi” adlı təlim bu modullu təlimlərin ikincisidir.
Bu təlim zamanı, aşağıdakı mövzular praktik olaraq işləniləcək:
- Tədqiqat mövzusunun seçilməsi
- Tədqiqatın aparılması ardıcıllığı
- Sitatların verilməsi qaydaları
- Titul səhifəsinin hazırlanması
- Mündəricatın verilməsi
- Giriş hissənin yazılması
- Mövzunun aktuallığı və işlənmə dərəcəsi
- Tədqiqatın obyekti və predmeti
- Tədqiqatın məqsəd və vəzifələri
- Tədqiqat metodları
- Müdafiəyə çıxarılan əsas müddəalar
- Tədqiqatın elmi yeniliyi
- Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti
- Aprobasiyası və tətbiqi
- Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı
- Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi
- Dissertasiyanın əsas məzmunu
- Nəticə
- İstifadə edilmiş ədəbiyyat siyahısı
- Əlavələr
- İxtisarların və şərti işarələrin verilməsi