“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş” qrant müsabiqəsinin qalibi olmuş “Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.

GEAD İctimai Birliyinin konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Elvin Hüseynov təşkilatın fəaliyyəti, məqsədi, vəzifələri və bu günə kimi icra olunmuş layihələr barədə ətraflı məlumat verdi.

Sonra layihənin təlimçisi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) baş mütəxəssisi, ekoloq Kənan Hüseynov qlobal ekoloji problemlər, Azərbaycanda ümumi ekoloji vəziyyət və dövlətimizin bu problemlərin həlli istiqamətində atdığı addımlar haqqında geniş şəkildə danışdı. O, öz çıxışında xüsusilə dövrümüzün ən aktual ekoloji problemlərindən biri olan karbon emissiyası ilə bağlı da hərtərəfli məlumat verdi. Həmçinin, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP-29 tədbirləri ilə bağlı maarifləndirmə aparıldı.

Son çıxış olaraq, layihə rəhbəri Rəşid Cəbrayılov layihə haqqında hərtərəfli məlumat verdi. O öz çıxışında bildirdi ki, "Ekoaddımlar: karbon ayaq izlərimiz" layihəsi, dövlətin iqlim siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək vermək məqsədi daşıyır. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir addımdır və insanlarda karbon emissiyası barədə maarifləndirməni artırmağı hədəfləyir. Layihə çərçivəsində karbon ayaq izinin hesablanması üçün veb platformanın yaradılması nəzrədə tutulmuşdur ki, bu da hər bir fərdin ətraf mühitə vurduğu təsiri dəyərləndirə bilməsinə şərait yaradacaqdır. Bu, fərdlərin iqlim dəyişikliyinə təsirini daha yaxşı başa düşməsinə və karbon emissiyalarını azaltmaq üçün daha düşünülmüş qərarlar verməsinə imkan yaradacaq. Layihə, fərdi məsuliyyətin artırılması və daha davamlı həyat tərzinin təşviqi baxımından cəmiyyətə dəyərli töhfə verəcəkdir. Eləcə də, Rəşid müəllim layihə ilə bağlı gələcək tədbirlər proqramını iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə həmçinin, GEAD İctimai Birliyinin könüllüləri də iştirak etmişdir.

Yekunda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkdirildi.

“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.“Ekoaddımlar: karbon ayaq izlərimiz” layihəsinin açılış tədbirini həyata keçirmişdir.