“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi sentyabr ayından etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda araşdırma və əməkdaşlıq potensialının artırılması” adlı layihənin icrasına başlayır.

Layihənin əsas məqsədi elmi tədqiqatla məşğul olan seçilmiş gənclərin müxtəlif elm sahələrində apardıqları elmi araşdırmalara dəstək verməklə onların elmi potensiallarını aşkara çıxararaq dünya elminə inteqrasiyasına nail olmaqdır. Bu da öz növbəsində ölkəmizin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına təkan verəcəkdir.
Layihə, məqsədinə nail olmaq üçün müvafiq sahələr üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislər tərəfindən aşağıda qeyd olunan 6 mövzu üzrə modullu təlimlərin təşkil edilməsi nəzərdə tutulub:
- Elmi araşdırma məqsədli internet resurslarından istifadə
- Elmi araşdırmaların statistik təhlili
- Tədqiqatçılarda məqalə yazmaq vərdişlərinin formalaşdırılması
- Beynəlxalq elmi platformalara, kitabxanalara, mənbələrə çıxış 
- Dissertasiyaların tərtibi
- Elmin kommersiyalaşdırılması 
QEYD: Ardıcıl olaraq, hər bir təlim modulu üzrə iştirakçı seçiminə yaxın günlərdə start veriləcək. İştirakçı seçimi elanlarını sosial media hesablarımızdan təqib edə bilərsiniz. Yerlər məhduddur, bu imkanı qaçırmayın!