29 iyun 2024-cü il tarixində "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyində COP29 çərçivəsində infosessiya həyata keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd İctimai Birlik üzvlərinin və könüllülərinin bu sahədə maariflənmə səviyyəsini artırmaq olub. İlk məruzəçi İctimai Birliyin üzvü, hazırda İngiltərənin York Universitetinin “Ətraf mühit və coğrafiya” kafedrasında Dövlət Proqramı üzrə doktorantura təhsili alan Anar Abtalıbov, digər məruzəçi isə İctimai Birliyin “Layihələrin idarə edilməsi” şöbəsinin rəhbəri, Azərbaycan Neft və Sənaye Universitetinin müəllimi, iqtisadiyyat üzrə mütəxəssis Rəşid Cəbrayılov olub. İnfosessiya zamanı aşağıdakı mövzular müzakirə olunub:
- Xalis sıfır emissiya-Karbon ayaq izimiz
- "Təbiətcanlı" (Eco-friendly)
- Süni intellekt: faydalı ya zərərli?
• Süni intellekt tətbiqləri
• Tətbiq sahələri
• Ətraf mühitə təsirləri_Həyəcan təbili!!!
- İllik COP tədbirləri
- Paris 2015 razılaşması
- COP29 çərçivəsində Azərbaycanın öhdəlikləri
-Alternativ enerji mənbələri
• Günəş panelləri
• Külək elektrik stansiyaları
• Dalğa enerjisi
• Bionenerji
• Azərbaycanın enerji potensialı
- Mənim ekoloji məsuliyyətim
- İqtisadi inkişafın ekologiyaya təsirləri
Sonda iştirakçılara maraqlı olan suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.