“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.

03 fevral 2024-cü ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Elvin Hüseynov çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə GEAD İctimai Birliyində də könüllülərin cəlb olunması ilə bağlı müvafiq işlər görülür. İki növbədə baş tutan görüşdə iştirak edən birliyin sədr müavini dosent Ruslan Abdullayev gənc könüllülərə İctimai Birlikdə bugünə qədər görülmüş işlər barəsində ərtaflı məlumat vermiş, qurumun elm və təhsil sahəsindəki mentorluq fəaliyyətindən bəhs etmişdir. Həmçinin, tədbirdə iştirak edən İctimai Birliyin “Layihələrin İdarə Olunması” şöbəsinin müdiri Rəşid Cəbrayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarıqlarının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayıb, İctimai Birlikdə könüllülük fəaliyyətinin istiqamətləri barəsində məlumat verib.

Qeyd edək ki, GEAD İctimai Birliyinin “Könüllülk proqramı”na müraciət edən könüllülər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarıdır.

Tədbir, könüllüləri maraqlandıran sualların cavablandırılması ilə qarşılıqlı müzakirə formasında davam edib.

 

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində bir ay öncə elan olunan “Könüllülük Proqramı”na müraciət etmiş bir qrup gənclə görüş keçirilmişdir.