GEAD İB-i “Könüllülük Proqramı”na müraciətlərin qəbulunu elan edir.

“Könüllülük Proqramı”nda əsas məqsəd könüllüləri təşkil ediləcək təlim və layihələrə cəlb etmək, onların qazanacağı təcrübə əsasında lazımi bilik və bacarıqlarını artırmaqdır.

GEAD könüllüsü olacaq şəxslər müxtəlif istiqamətlər üzrə aşağıdakı bir sıra fəaliyyətlər və imkanlardan faydalana biləcəklər:

  • Dövlətin elm və təhsil strategiyasına ictimai dəstəyin təşkilində iştirak etmək;
  • İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif yerli və beynəlxalq layihələrin icrası prosesində iştirak etmək imkanı;
  • İctimai Birliyin təşkil etdiyi seminar, konfrans və modullu yetişdirmə təlimlərində (sertifikatlı) güzəştli şərtlərlə iştirak etmək;
  • İctimai Birliyin ayrı-ayrı struktur şöbələrində təcrübə mübadiləsi;
  • Xaricdə fəaliyyət göstərən tərəfdaş təşkilat və mütəxəssislərin təcrübələrindən istifadə etmək;
  • Növbəti mərhələdə İctimai Birliyin üzvü olmaq;
  • Maraqlı olduğu sahədə özünü inkişaf etdirmək üçün mentorluq dəstəyi almaq;
  • Könüllü fəaliyyətlər çərçivəsində özlərinin təşəbbüskarlıq, layihə idarə edilməsi, təşkilatçılıq, məsuliyyətlilik, planlaşdırma və s. kimi bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək;
  • Müxtəlif elm və tədqiqat sahəsi üzrə fəaliyyətlərdə biləvasitə iştirak edərək öz potensiallarını kəşf etmək və seçdikləri istiqamət üzrə mütəxəssis kimi inkişaf etmək;
  • İctimai Birliyin, həmçinin digər əlaqədar qurumların təşkil etdiyi tədbirlərə həm iştirakçı, həm də təşkilatçı olaraq qoşularaq bir sıra istiqamətlər üzrə praktiki vərdişlər qazanmaq;
  • Liderlik, ünsiyyət, komanda işi və problem həll etmə kimi bacarıqlarını təkmilləşdirmək;
  • Öz təşəbbüskar ideya və layihələrini reallaşdırmaq;
  • Elm və təhsil sahələri üzrə karyera planlanması işində dəstək.

Proqrama qoşulmaq üçün CV-lərinizi mail@gead.az ünvanına göndərin.

Əlaqə: 051 295 12 11 (WhatsApp)

#gead  #ajfd #könüllü #könüllüol #könüllüproqramı #elan