"Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı" həyata keçirilmişdir.

25-28 iyun, 2022-ci il tarixlərində Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə düşərgə xarakterli "Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı" həyata keçirilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd, gənclər təşkilatlarında fəaliyyət göstərən layihələr üzrə menecerlərin layihələrin yazılması və idarə olunması istiqamətindəki bilik və bacarıqlarının artırılmasına dəstək olmaq olmuşdur. Belə ki, poqram çərçivəsində "Gənlərlə işin qurulması və gənclər siyasəti", "Layihələrdə Agile idarəetmə", "Layihələrin yazılması və idarəedilməsi", "Layihələrin idarəedilməsi zamanı qarşılaşdığımız manelər və həll yolları", "Liderlik: effektiv idarəetmə və komanda ilə iş", "Büdcə və hesabatlılıq" və s. mövzularda təlimlər, ekspert görüşləri və qrup işləri keçirildi. 
Qeyd edək ki, bu proqramda "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyini Rəşid Cəbrayılov təmsil etmişdir.