“Data" yoxsa məlumat? CİS ilə əlaqəsi”

12 noyabr 2022-ci ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi “Caucasus Geo Survey” MMC ilə birgə Data" yoxsa məlumat? CİS ilə əlaqəsi” adlı ödənişsiz təlim keçirmişdir. İctimai Birliyinin ofisində baş tutan təlimi giriş nitqi ilə açan sədr Elvin Hüseynov iştirak edən qonaqları salamlamış, “Caucasus Geo Survey” MMC-nin təsisçisi və direktoru Rauf Əmənovu təlimçi qismində iştirakçılara təqdim etdi. O, öz çıxışında nəzərə çatdırdı ki, məlumat və ya informasiya kompüterlərin işləyə biləcəyi bir formaya çevrilmiş datalar - verilənlər (rəqəmlər, sözlər, ölçmələr, müşahidələr və s.) toplusudur. Hansı sektorda işləməyinizdən və maraqlarınızdan asılı olmayaraq datanın bütün fəaliyyət sahələrində istifadəsinə rast gəlmək mümkündür. Bu, bir xəstəliyi müalicə etməyə, bir şirkətin gəlirlərini artırmağa, bir binanı daha yaxşı hala gətirməyə bənzəyir.

Daha sonra təlimçi Rauf Əmənov:

1. Data və məlumat;

2. Data ilə məlumatın fərqi;

3. Datanın informasiyaya çevirməsi yolları

başlıqlı mövzular haqqında geniş məlumat verdi.

Təlim sonunda iştirakçıların təlimlə bağlı təəssüratları dinlənildi və birgə xatirə fotosu çəkdirildi.

“Data" yoxsa məlumat? CİS ilə əlaqəsi”“Data" yoxsa məlumat? CİS ilə əlaqəsi”“Data" yoxsa məlumat? CİS ilə əlaqəsi”

İndi qeydiyyatdan keçin

Error! There was an error sending your message.