GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəSeminarlarımız

"Layihələrin Hazırlanması və Qrant Təkliflərinin Yazılması " adlı təlim

Məruzəçi

 Qafqaz Universitetinin xarici əlaqələr şöbəsinin müdiri, təlimçi-ekspert Üzeyir Bağırovun

Seminar haqda qısa məlumat

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə sizləri 21 may saat 10:00-da Qafqaz Universitetinin xarici əlaqələr şöbəsinin müdiri, təlimçi-ekspert Üzeyir Bağırovun təqdimatında keçiriləcək "Layihələrin Hazırlanması və Qrant Təkliflərinin Yazılması " adlı təlimə dəvət edirik .
Təlimdən əldə edəcəksiniz:
✔ Qrant təklifinin əsas mərhələlərinin və hədəflərin qısa xülasəsinin yazılması;
✔ Layihə ideyasının inkişaf etdirilməsi;
✔ Qrant və maliyyələşdirmə imkanlarının araşdırılması;
✔ Layihə heyətinin qurulması; 
✔ Layihənin həll edəcəyi problemin təqdim edilməsi;
✔ Problemin həll yollarının təklifinin hazırlanması;
✔ Layihənin məqsədi: Hədəf və Gözlənilən Nəticələr;
✔ Layihələrin büdcəsinin hazırlanması
✔ Layihənin icra ediləcəyi metodologiyanın ifadə edilməsi
✔ Layihə hesabatlarının hazırlanması
Təlim iştirakçıları sonda aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnəcəklər: 
• Uğurlu layihə təklifi hazırlamağı;
• Layihə yazılışı prosesində nədən başlamaq lazım olduğunu;
• Layihə yazılışında problemi, məqsədi və vəzifələri necə yazacağınızı;
• Hədəf qrupu müəyyən etmək, fəaliyyət planı və büdcəni necə tərtib edəcəyinizi;
• Layihə yazılışında donoru inandırmaq üçün hansı dil və yazılış üslubunu seçəcəyinizi;
• Donor təşkilatını necə inandıracağınızı.
Təlim Ödənişlidir- 20 AZN 
Təlimin müddəti: 3 saat
Coffee break və SERTİFİKAT veriləcək.
Qeydiyyatdan keçmək üçün ofizimizə yaxınlaşmağınız xahiş olunur. 
Qeydiyyatdan keçməyən və yaxud tədbirə gecikən şəxslər təlimə buraxılmayacaq.
Xidmətlərimizdən istifadə etdiyiniz üçün GEAD İctimai Birliyi sizə təşəkkür edir.

Əlavə məlumat üçün əlaqə vasitələri :
Ünvan: Bakı ş. Yasamal r. Ə.Cəmil küç. 64/66. Elmlər m.st çıxışı , 18, 14 nömrəli marşurutların Ə.Haqverdiyev dayanacağı, Huggies baby uşaq dükanının 5-ci mərtəbəsi. 
Tel: (+994 12) 510 41 08
Mob: (+994 70) 441 34 49
E-mail: mail@gead.az 
"GEAD"İB facebookda

Qeydiyyat

Seminarda iştirak etmək üçün qeydiyyat formunu doldurun.

  • Adınızı daxil edin
  • Soyadınızı daxil edin
  • Oxuduğunuz universitetin və ya işlədiyiniz şirkətin adını daxil edin
  • Tutduğunuz vəzifə
  • xahiş olunur email dəqiq olsun çünki seminarla bağlı hər hansı bir dəyişiklik sizin emailinizə göndəriləcək
  • xahiş olunur telefon nömrəsi dəqiq olsun çünki seminarla bağlı hər hansı bir dəyişiklik sizin telefonunuza göndəriləcək

Sosial şəbəkələr

Faydalı linklər