GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri

1 fevralda Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın "Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda növbəti iclası keçirilib. Sabunçu rayon Gənclər evində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak edib.

Tədbirin sonunda "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyini 2015-ci ildə uğurlu fəaliyyətinə görə və 2 fevral – Azərbaycan gəncləri günü münasibəti ilə mükafatlandırılıb. 

2435 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər