GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəKöşə yazarlar

c.ü.f.d. Habil Haqverdiyev

Müasir elmin real potensialı gənclərimizdir

Müasir dünya sistemində sivil inkişaf səviyyəsinin davamlı yeniləşdirilməsi, milli demokratizm və multikultiralizm mədəniyyətinin hər tərəfli formalaşması prinsiplərini təmin etmək və onu qoruyub saxlamaq vəzifəsi daha çox gənclərimizin üzərinə düşür. Müstəqillik qazanmış Azərbaycan xalqının, dövlətçiliyimizin, milli-elmi mədəniyyətimizin gələcək inkişaf tendensiyasını müvəffəqiyyətlə davam etdirmək, elmi uğurlarımızın yeni ideya və fikirlərlə zənginləşdirilməsi istiqamətində milli gənclərimiz ən etibarlı və real potensial dayağımızdır. Milli Elmlər Akademiyasının H.Əliyev adına Coğrafiya İnstitutunda müasir coğrafiya elminin yaradıcılıq sıralarında gündən-günə gənclərimizin çoxalması gələcək coğrafiya elminin elmi-metodoloji və konstruktiv təkamülündə böyük ümidlər yaradır. Gənclərimizin güclü elmi potensialına və real biliklərinə arxalanaraq coğrafi tədqiqatlarımızın konstruktiv və qloballaşması prinsiplərinə dair yeni problem mövzuların işlənilməsinə maraq getdikcə artır. Mühüm tətbiqi problemlərin həllinə, ekocoğrafi problemlərin qloballaşmasına dair, müasir klassik coğrafiyanın formalaşmasına dair yeni elmi-metodoloji və elektron yanaşmaların işlənilməsi qarşıya qoyulur.

Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar olaraq ölkənin təbii resurslarından daha səmərəli istifadəsinə xüsusi və böyük ehtiyac yarandığını  nəzərə alaraq apadığımız tədqiqatların nəticələrinin respublikamızın aqroistehsal sahələrində tədbiqinə nail olmaq məsələsində gənclərimizin elmi yaradıcılıq potensialı  həmişə ön cərgədə olmalıdır. Hazırda İnstitutumuzda gənç coğrafiyaçı alimlərin real potensial imkanarına arxalanaraq institutun strukturunda yeni konstruktiv və tədbiqi coğrafi tədqiqatlara geniş yer vermişdir. Landşaftın planlaşdırılması, siyasi coğrafiya, turizm və insan coğrafiyası sahələrində gələcək uğurlarımız gənçlərimizin yüksək  bilik və bacarığına söykənir. İndi  gənç coğrafiyaçı alimlərimiz təsviri coğrafi anlamlara yox, qlobal xarakterli tədbiqi və kosmogenetik tədqiqatların funksiyasını reallaşdırmağa çalışmalıdır. Bu yaradıcılıq yollarında gənçlərimizin daha da uğur qazanacaqlarına inanırıq.

AMEA-nın Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,

"Coğrafi fikir tarixi" şöbə müdiri,

coğrafiya üzrə fəlsəfə doktoru

 Habil Haqverdiyev

2331 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər