GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunun Etikanin nəzəri və tətbiqi problemləri şöbəsinin elmi işçisi Anar Qafarovun Türkiyədə "Nasiruddin Tusinin Ahlak Felsefesi" adlı kitabı nəşr olunmuşdur. Kitabda müəllif Tusinin İslam əxlaqı düşüncəsindəki yerini müəyyən etmək üçün onun görüşlərini öncəki və sonrakı filosofların əxlaqi görüşləri ilə qarşılaşdıraraq müqayisəli şəkildə incələmişdir. Birinci hissədə Tusinin bioqrafiyası, elmi düşüncələri, əxlaqi əsərləri və İslam əxlaq düşüncəsindəki yeri məsələlərinə toxunulmuşdur. İkinci hissədə isə Tusinin əxlaq fəlsəfəsinin nəzəri quruluşu ortaya çıxarılmış və nəhayət üçüncü hissədə isə filosofun fərdi, ictimai və siyasi görüşləri tədqiq edilmişdir.