GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Kağız formatında |
Bir neçə tapşırıq növlərindən istifadə olunaraq, müxtəlif çeşidli suallarla üç oxuma parçası verilir. |
---|---|
Vaxt |
60 dəqiqə |
Sualların sayı |
40 |
Tapşırıq növləri |
Aşağıdakı növlərdən seçilərək müxtəlif çeşidli suallar istifadə olunur: çoxvariantlı seçim, məlumatı müəyyənləşdirmə, yazarın görüşünü/iddiasını müəyyənləşdirmə, məlumatı uzlaşdırma, başlıqları uyğunlaşdırma, cümlə sonluqlarını uzlaşdırma, cümlə tamamlama, xülasə vermə, qeydi tamamlama, cədvəli tamamlama, diaqramı tamamlama, qısa cavablı suallar. |
Qaynaqlar |
Mətnlər qeyri-mütəxəssilər üçün yazılmış kitablardan, jurnallardan və elmi dərgilərdən götürülür. Bütün mövzular ümumi maraq kəsb edən mövzulardır. Onlar bakalavr, magistr və doktorantura kurslarına qəbul olmaq istəyən namizədlərə uyğun hazırlanır. Parçalar müxtəlif üsullarda, məsələn hekayə, təsviredici, discursive/argumentative yazılır. Ən azından bir mətn ətraflı məntiqli mövzudan ibarət olur. Mətnlər diaqram, qrafik şəkillərdən ibarət ola bilər.Əgər mətnlərdə texniki terminlərdən istifadə olunursa, həmin terminlərin açıqlaması verilir. |
Cavablandırma |
Namizədlərdən cavablarını cavab kağızına köçürmələri tələb olunur. Namizədlər cavablarını onlara verilmiş test müddəti ərzində köçürməlidirlər. Köçürmə üçün əlavə vaxt verilmir. Cavabları cavab kağızına körürərkən diqqət edilməlidir ki, sözün düzgün yazılmaması və qrammatik səhvlər cərimələnir. |
Qiymətləndirmə |
Hər bir sual 1 qiymət hesab olunur. |
Kağız formatı |
İmtahanda iki tamamlanmalı olan Writing tasks (Yazı tapşırığı) var. |
---|---|
Vaxt |
60 dəqiqə |
Sualların sayı |
2 |
Tapşırığın növləri |
Birinci tapşırıqda (Task 1) namizədlər öz sözləri ilə görsəl məlumatı (qrafik/cədvəl/hesabat/diaqram) təsvir etməlidirlər. Onlar təxminən 20 dəqiqə ərzində 150 söz yazmalıdırlar. İkinci tpşırıqda (Task 2) namizədlər öz görüşlərini, arqumentlərini və problemlərini təqdim etməlidirlər. Onlar təxminən 40 dəqiqə ərzində 250 söz yazmalıdırlar. |
Cavablandırma |
Cavablar cavab kağızında verilməli və tam olaraq yazılmalıdır. Qeydlər bütövlükdə və ya qismən cavab kimi qəbul olunmur. Namizədlər sual kağızına yaza bilərlər, amma bu yoxlama otağına götürülməyə bilər. və bu halda imtahan yoxlayan tərəfindən görülməyəcək. |
Kağız formatda |
Dörd bölmə (Section), hər birində 10 sual. Suallar elə tərtib olunur ki, dinləmə zamanı cavablar sıra ilə ortaya çıxır. İlk iki bölmə gündəlik social həyatda baş verən vəziyyətlərə aiddir. Bölmə 1-də (Section 1) iki nəfər arasında söhbət olur (misal üçün, şəyahət haqqında söhbət) və Bölmə 2-də (Section2) monoloq (misal üçün, yerli əyləncə mərkəzi haqqında). Son iki bölmə təhsil və təlim kontekstində yaranan şəraitlərə aiddir. Bölmə 3-də (Section 3) iki nəfər arasında söhbət (misal üçün, univeristet müəlliminin nəzarətində iki tələbə arasında müzakirə) və Bölmə 4-də (Section 4) hər hansı akademik mövzu haqqında monoloq olur. Səs yazısı yalnız bir dəfə eşidilir. Onlara Britaniya, Avstraliya, Yeni Zelandiya, Amerika və s. aksentlər daxildir. |
---|---|
Vaxt |
Təxminən 30 dəqiqə (əlavə olaraq 10 dəqiqə köçürmək üçün vaxt). |
Sualların sayı |
40 |
Tapşırığın növləri |
Müxtəlif tipli suallar aşağıdakı növlərdə olur:Çoxvarianlı, uyğunlaşdırma, plan/xəritə/diaqram işarələmə, forma/qeyd/cədvəl /xülasəni tamamlama, cümlə tamamlama. |
Cavablandırma |
Dinləmə testi zamanı namizədlər öz cavablarını dinləyərək sual kitabcasına yazır və testin sonunda onlara cavabları cavab kağızına köçürmək üçün 10 dəqiqə verilir. Cavabları cavab kağızına körürərkən diqqət edilməlidir ki, sözün düzgün yazılmaması və qrammatik səhvlər cərimələnir. |
Qiymətləndirmə |
Hər bir sual 1 qiymət hesab olunur. |
|
Danışma testi (The Speaking test) namizəd və imtahan götürən arasında şifahi müsahibədən təşkil olunur. Danışıqlar hamısı yazılır. |
---|---|
Vaxt |
11-14 dəqiqə |
Tapşırığın növü |
Testin üç hissəsi var və hər hissəsin qarşılıqlı əlaqə, tapşırığı anlama və cavablandırma baxımından öz funksiyası var. |