GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəManset Xəbərlər

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR

Vətənin pərvəri ol!
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.

Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!

Müsabiqədə iştirak etmək istəyənlər orijinal, heç yerdə çap olunmayan və sərgilənməyən əsərlərini və özləri haqqında məlumatı aşağıdakı ünvana təqdim edə bilərlər:
Az 1069, Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 7
Tel.: (+994 12) 561-71-41; 561-60-41; 561-60-51
bilikfondu@gmail.com

İştirakçılar haqqında məlumat

Adı, soyadı,
atasının adı, Doğum tarixi və yeri İşlədiyi, yaxud təhsil aldığı yer, Əlaqə telefonu və elektron ünvanı, Qatıldığı nominasiya

Qeyd: Bu xəbər www.dialoq.info  saytına istinadən verilmişdir.

3523 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər