GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə www.azturizm.az veb-saytı yaradılıb.
Gün.Az-ın verdiyi məlumata görə, veb-sayt “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi çərçivəsində Azərbaycanın daxili turizmin inkişafına təkan vermək məqsədilə hazırlanıb.
Toplanan turizm məlumat bazası əsasında turizm büdcəsinin planlaşdırılmasındakı çətinliklərin aradan qaldırılması, turizm sektorunda rəqabət mühitinin formalaşdırılması nəzərdə tutulub.
Bu məqsədlə veb-saytda Azərbaycan dilində ilk dəfə turizm obyektlərinin təklif etdiyi qiymət və xidmətlərin müqayisəli axtarış sistemi qurulub.
Qeyd edək ki, veb-saytda Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, inzibati rayonları haqqında məlumatlar, foto və videolentlər, Azərbaycanda turizm sektorundakı ən yeni xəbərlər yerləşdirilib.