GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Lənkəran, 16 noyabr (AzərTAc). Noyabrın 16-da Lənkəran Dövlət Universitetində (LDU) “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” layihəsinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi (İB), Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi iqtisadi potensialın intellektual kapitalına çevrilməsi yolunda gənclərin potensialından istifadə edərək onlar arasında elmin müxtəlif sahələri ilə bağlı yeni nailiyyətlərin əldə olunmasına kömək etməkdir.
Layihə çərçivəsində gənc tədqiqatçılar müasir elmi tədqiqat metodları (akademik məqalə, konfrans məruzələri, tezis və dissertasiyanın yazılma qaydaları, tədqiqat zamanı müasir informasiya texnologiyalarından səmərəli istifadə metodları), xaricdə elmi tədqiqat və təhsil imkanları, elmin fərdi və sosial həyatdakı rolu, ölkənin sosial-iqtisadi inkişafı baxımından akademik fəaliyyətin əhəmiyyəti, elmi tədqiqatçının xüsusiyyətləri və keyfiyyətləri haqqında məlumatlar əldə edəcəklər.
Toplantıda İB-nin sədri, dosent Məmmədəli Babaşlı bildirmişdir ki, bu layihə ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsinə kömək göstərəcək, gənclərdə elmi tədqiqat işlərinə maraq oyadacaqdır.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Anar Qafarov “Elmi fəaliyyət, müasir elmi tədqiqat metodları”, Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev “Elmi fəaliyyətdə müvəffəqiyyət qazanmanın sirləri”, dissertant Babək Quliyev “Xaricdə təhsil və tədqiqat imkanları” mövzusunda məruzə etmişlər.
Tədbirin sonunda suallar cavablandırılmışdır.
Bununla bağlı xəbərlər aşağıdakı saytlarda öz əksini tapmışdır:
9.www.olaylar.az
11.www.megale.net
15.ru.salamnews.org/az