GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəFəaliyyətlərimizTəbriklər

“GEAD” İctimai Birliyinin Prezident İlham Əliyevə təbrik məktubu

Azərbaycan Respublikasının Prezidenti

Zati-Aliləri Cənab İLHAM ƏLİYEVƏ

 

Möhtərəm Prezidentimiz!

 

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin gənc elmi kadrlardan ibarət olan üzvləri  və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsinizə bu şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram. Sizin simanızda Azərbaycan Dövlətinin öz daxili və xarici siyasət kursunda ardıcıl olaraq əldə etdiyi uğurlar: sosial-iqtisadi, mədəni-mənəvi sahədə sabitlik və tərəqqini təmin edən proqramların müntəzəm olaraq reallaşması, regional və beynəlxalq miqyasda ölkəmizin nüfuz və qüdrətinin artması və möhkəmlənməsinə xidmət edən düzgün xarici siyasət kursunun həyata keçirilməsi bizləri çox sevindirir.

Əminəm ki, Sizin apardığınız məqsədyönlü siyasət və bunların nəticəsi olaraq qazanılmış uğurlar yalnız çağdaş Azərbaycan Respublikasının qanuni vətəndaşı olan doqquz milyon azərbaycanlını yox, həm də taleyin hökmü ilə bu milli dövlətimizin inzibati-siyasi sərhədlərindən bu gün kənarda yaşayan əlli milyonluq azərbaycanlıların hamısını sevindirir. Hər bir azərbaycanlı Sizin bu haqq işinizə dəstək verməlidir və sədri olduğum GEAD İB də “Azərbaycanın maddi kapitalı insan kapitalına çevrilməlidir”- fikirlərinizi özü üçün mayak hesab edir.

İctimai birliyimizin bütün üzvləri xalqın növbəti beş il ərzində də Sizi xalqın rəhbəri görmək arzusunu sevinclə, böyük iftixar hissi ilə qarşılayır. Azərbaycan xalqı bu seçkilərdə bir daha sübut etdi ki, onlar Heydər Əliyev siyasi kursunu dəstəkləyir və ölkəmizin xoşbəxt gələcəyini də məhz bu yolda görür. Bir daha qazandığınız bu parlaq qələbə münasibətilə Sizi, şəxsinizdə Azərbaycan xalqını və bütün azərbaycansevərləri ürəkdən təbrik edirəm.

 

“GEAD” İB-nin üzvləri adından

sədr dos. M.BABAŞLI

Bakı, 12 oktyabr 2013-cü il

1580 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər