GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəManset Xəbərlər

Gənclərin maarifləndirilməsi

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində keçirilən “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” layihəsi


İctimai Birliyin əsas məqsədi inkişaf edən Azərbaycanın elmi ənənələrini davam etdirmək, gənclərin elmi potensialını üzə çıxarmaq və onların elmi araşdırmalarına hərtərəfli dəstək verməklə ölkəmizdə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində bir sıra tədbirlər keçirməkdir. Bununla yanaşı, birlik tərəfindən gənclərdə elmi-tədqiqat işlərinə marağın artırılması üçün mütəmadi olaraq bir sıra tədbirlər: konfrans, seminar və dəyirmi masalar təşkil olunur, elan olunan layihə və müsabiqələrdə fəal iştirak edir.

GEAD İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunan  ikinci qrant müsabiqəsində də aktiv iştirak etmiş və “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi”layihəsi üzrə müsabiqədə qalib olmuşdur. 

Bu gün təqdimatı keçirilən “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” layihəsinin əsas məqsədi gənc tədqiqatçıları elmi məqalələrin, beynəlxalq konfrans materiallarının və tezislərin müasir elmi tədqiqat metodlarından istifadə edərək hazırlanması istiqamətində maarifləndirmək, onlara ixtisasları üzrə beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanları haqqında məlumat verməkdir.

          

Tədbirin proqramı:

Çıxışlar:

1GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı

2. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov

Məruzələr:

1.Elmi tədqiqat prosesində informasiya texnologiyalarından istifadə qaydaları”,“Beynəlxalq elmi bazaların, rəqəmsal kitabxanaların axtarış imkanları– Cəmilə Yusifova (Bakı Dövlət Universitetinin Beynəlxalq İnformasiya Mübadiləsi bölməsinin müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun respublika üzrə əlaqələndiricisi)

2.Beynəlxalq indeksli elmi jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər”, “Gənclərin beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində motivasiya edilməsi”– dosent Fəxri Həsənov (Corc Vaşinqton Universitetinin İqtisadiyyat kafedrasının Proqnozlaşdırma-araşdırma proqramının üzvü, AMEA-nın Kibernetika İnstitutunun Sosial-iqtisadi modelləşdirmə şöbəsinin baş elmi işçisi)

“Elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması”– fəlsəfə doktoru Anar Qafarov (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi)

 

                                      

2971 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər