GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəKöşə yazarlar

Adil Aminov

 Yeni Yollar

Dahi Nizami Gəncəvinin gözəl fikirlərindən biri olan:

Dünyanı ayaqla yox dolaşmışam başımla,

Ayaq dəyməz yerlərə, yol açmışam başımla

müasir dövrümüzdə də dərin mənasını saxlamaqdadır. Həqiqətən də ayaq dəyməz yerlərə elmlə, biliklə, bacarıqla yeni yollar açmaq mümkündür. Belə ki, əvvəllər insanlıq üçün əlçatmaz olan kosmik fəzadan tutmuş parçalanmaz hesab edilən və materiyanın sub (kiçicik) vahidi kimi qiymətləndirilən atoma qədər olan yollar bu gün insanlığa xidmət göstərməkdədir.

Yaradılmış insanın əsas xüsusiyyətlərindən biri də hər zaman yenilik axtarışında olmasıdır. Deməli insan həyat yolunu elə bir istiqamətə yönəltməlidir ki, o istiqamətdə daimi yeniliyə olan marağı və yenilik əldə etmə ehtiyacını təmin edə bilsin. Məsələn: insan həyatını monoton yaşadıqda içində boşluq formalaşır. Bu boşluğu doldurmaq üçün bütün imkanlarını səfərbər edir. Belə şəraitdən çıxış yolu tapa bilməyən şəxslər ümidsizliyə qapılır. Digər tərəfdənbəşəriyyətdə insanın yenilik əldə etmə ehtiyacını təmin etməsi üçün tükənməz istiqamət elmi fəaliyyətdir. 

Zəmanəmizdə elmi texniki tərəqqi və elmin sürətli inkişafı göstərir ki, insanlar elmin dərinliklərinə baş vurduqca yeni və daha faydalı kəşflərə nail olurlar. Əlbəttə,mövcud zamandakı nailiyyətlər asanlıqla əldə edilməmişdir. Gələcək üçün hədəf olaraq müəyyən edilən elmi fəaliyyət və planlar yeni yolların kəşfinin elədə asan olmayacağınıgostərir.

Bu gün atrıq Azərbaycan kosmik fəzaya addımlarını atmaqdadır. Əlbəttə, yüksəlmək hər xalqın hədəfi və məqsədi olmalıdır. Amma gəlin bir həqiqəti etiraf edək; yüksəklik baş döndürücü və eyni zamanda təhlükəlidir. Belə ki, kiçik səhv, kiçik kənarlanma böyük zəhmət verilmiş işin tamami ilə sıradan çıxmasına səbəb olabilər. Məsələn, düşünün ki, sizin kosmik fəzada bir raketiniz var. Bir anda bilməyərəkdən lazım olmayan bir düyməyə basaraq tamami ilə yararsız və faydasız bir əşyaya sahib oldunuz. Ola bilsin ki, gələcəkdə faydasız olan bu kosmik əşya ziyanlı bir silah da ola bilər. Bununla əlaqədar olaraq istənilən elm sahəsində yüksək səviyyəli mütəxəssislərin olmasına ehtiyac olub, olmaqdadır və hər zaman olacaqdır.

Yeni ayaq dəyməz yolların kəşf edilməsi məhz ixtisaslı, mahir mütəssislərin müvafiq sahələrdə ciddiyyət və əzmkarlıqla göstərdikləri əməyin əsasında reallaşır. Hal-hazırda gənclərin daha asan maddi hədəfləri məqsəd olaraq görməsi və davranışlarını məhz gördüklərinə əsasən formalaşdırmaları göstərir ki, düşünmə sərhədlərimizin genişliyində problemlər mövcuddur. Belə ki, yaxşı maaş və vəzifə, daha çox maddiyyat və yüksək rütbə qısa müddətli yeniliklərdir. Bəs sonra? Sonra isə əldən getmiş zaman və həyatın ən məhsuldar anları. Nəticədə problem və problemli nəsil. Belə problemlərin həll olunması isə qısa müddətdə mümkün olmur. Buna uzun zaman, ciddiyyət və əzmkarlıq  lazımdır.

Gəlin zaman kimi qiymətli sərmayəni haraya və hansı istiqamətə sərf etdiyimizə fikir verək. Fikir verək ki, illər sonra özümüz vicdanımıza hesabat verdikdə məyus olmayaq. Hədəfimizi ali tutaq və hədəfimizə sadiq olaq. Düşünürəm ki, bizim hər birimiz həyatımızda ali hədəfə sadiqlik, təmizlik, əzmkarlıq prinsiplərini üstün tutaraq addımlamış olarıqsa yeni üfüqləri və yeni yolları görə bilər, yenilənmə ehtiyacımızı qidalandırar və arxadan gələn nəsillərə  yeni yollar göstərə bilərik.

Son olaraq sözümü Dahi Nizami Gəncəvinin fikirlərinə gətirirəm:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

AMEA A.İ.Qarayev adına 

Fiziologiya İnstitutunun elmi işçisi 

 Adil AMİNOV

 

2899 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər