GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəFəaliyyətlərimizTəbriklər

Gənclər günü

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi  “Gənclər Günü” münasibətilə gənclərimizi səmimi-qəlbdən təbrik edir, onlara uğur dolu gələcək və sağlam həyat tərzi arzulayır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti ölkənin ən dəyərli sərvəti sayılan Sizlərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq gənclərimiz dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır.

Siz gənclər bizim yalnız gələcəyimiz deyil, həm də bu günümüzsünüz. Əminik ki, gənclərimiz xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaq, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atacaqdır.

Həyatınızın hər bir səhifəsində sevinc dolu anların bol olması diləyilə, bir daha “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin kollektivi olaraq  Sizi Gənclər günü münasibətilə təbrik edirik.

638 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər