GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlər

“Gənclərin Elmir Araşdırmalarına Dəstək” İctimai Birliyi Şəhid komandir Raquf Orucovun doğum günü ilə bağlı – videokonfransda iştirak edib.

Videokonfransda “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin üzvləri, millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri, Qarabağ müharibəsi qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, tələbə gənclər təşkilatları, məktəblilər iştirak edib. Tədbiri giriş sözü ilə açan şəhid komandir polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Orucova qəhrəmanımız haqqında həyata keçirilən layihələrdən söz açıb. Gəncləri Azərbaycan naminə milli düşüncəyə və milli dəyərlərə sahib olmağa səsləyib. Tədbirdə şəhid komandir polkovnik-leytenant Raquf Orucovun döyüş yolundan, hərbi uğurlarından söhbət açılıb.

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, gənclərimiz qəhrəmanlarımızı daha yaxından tanımalı, onların döyüş yolunu öyrənməli, Vətən naminə hər zaman mübarizəyə hazır olmalıdırlar.

Gənclər və məktəblilər şəhidlərimiz və qəhrəmanlarımız haqqında hazırladıqları kompozisiyanı təqdim etdilər.

Qarabağ qaziləri Səyyaf Əhmədov, Rey Kərimoğlu, Əhliyət Mehdiyev və Rasim Fərşidov hər zaman torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduqlarını bildiriblər.

RUHUN ŞAD OLSUN KOMANDİR!!!

 

 

121 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər