GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

“Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” Quba

Azərbaycan  Gənclər Fondunun 2019-cu ildə elan etdiyi 12-ci qrant müsabiqəsinin “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” adlı layihə ilə qalibi olmuş “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi, nəzərdə tutulmuş 3 region üzrə təlimlərə artıq start verib. İlk təlim Quba şəhərində baş tutdu.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən tədbirdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri dosent Ruslan Abdullayev layihə haqqında geniş məlumat verdi. O, çıxışında bildirdi ki: “Layihənin əsas məqsədi regionlarda yerləşən ali təhsil ocaqlarında gənclər arasında müvafiq mövzuda təlimlər təşkil etməklə onları elmi araşdırma aparmağa və elmlə məşğul olmağa sövq etmək, bununla da Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində region gənclərinin fəal iştirakına nail olmaqdır.”

Daha sonra layihənin təlimçisi dosent Rəşad Səlimov gənclərə tədqiqatçı üçün zəruri xüsusiyyətlər, tədqiqatçı olmaq üçün görülməsi vacib işlər, tədqiqatçı olmaq istəyən gənclərə tövsiyələr, elmi tədqiqat zamanı İKT vasitələrindən  səmərəli istifadə, akademik karyeraya ilk addım, akademik karyeranın üstünlükləri və bunun üçün etməli olduqlarımız, doktorantura oxumağın faydaları, xaricdə magistratura təqaüdləri və s. kimi mövzuları əhatə edən təlim verdi.

Yekunda layihə rəhbəri, təlimçi və ekspertlər iştirakçılara fəal iştiraka görə təşəkkür edərək onlara uğurlar arzu etdilər və təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

1479 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər