GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəSeminarlarımız

"Tədqiqatçı yetişdirmə yay məktəbi proqramı” üzrə silsilə modul təlimlər

Məruzəçi

“Yerli İqtisadi İnkişaf” İctimai Birliyinin Elmi rəhbəri, elmi-tədqiqat işləri üzrə məsləhətçi-ekspert Vaqif Rüstəmov

Seminar haqda qısa məlumat

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə sizləri 25 iyun 2016-cı il tarixində saat 15:00-da İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və “Yerli İqtisadi İnkişaf” İctimai Birliyinin Elmi rəhbəri, elmi-tədqiqat işləri üzrə məsləhətçi-ekspert Vaqif Rüstəmovun təqdimatında "Tədqiqatçı yetişdirmə yay məktəbi proqramı” üzrə silsilə modul təlimlərə dəvət edirik.
 Keçiriləcək ilk təlim pulsuz olacaq və aşağıdakı məsələləri əhatə edəcəkdir: 
Modul 1. Tədqiqatçı kimdir və tədqiqatçı olmaq üçün nə etmək lazımdır?
 Tədqiqatçı kimdir? Azərbaycanın və dünyanın görkəmli alimləri;
 Tədqiqatçı qarşısında qoyulan əsas tələblər;
 Tədqiqatçı hansı biliklərə sahib olmalıdır;
 Tədqiqatçı üçün zəruri olan əsas peşəkar bacarıqlar və vərdişlər;
 Tədqiqatçı zəruri olan şəxsi keyfiyyətlər;
 Tədqiqatçı necə yetişir?
 Öyrənmə yolları. Formal və qeyri-formal təhsil. Təlimlər və özü öyrənmə;
 Elmi rəhbərlə iş;
 Təlim ehtiyaclarının (səviyyələrin) qiymətləndirilməsi;
 Təlim modullarının seçilməsi;
 Təlimlərin təşkili texnologiyası və üsullarının müəyyənləşdirilməsi.
Təlimin müddəti: 3 saat
Qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün aşağıda göstərilən əlaqə vasitələri ilə müraciət etməyiniz, iştirakınızı təsdiqləmək üçün isə ofisimizə yaxınlaşmağınız xahiş olunur. 
Yalnız silsilə modul təlimlərin hamısında iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.
İştirakını təsdiqləməyən və yaxud tədbirə gecikən şəxslər təlimə buraxılmayacaq.
Xidmətlərimizdən istifadə etdiyiniz üçün GEAD İctimai Birliyi Sizə təşəkkür edir.

Əlavə məlumat üçün əlaqə vasitələri :
Ünvan: Bakı ş. Yasamal r. Ə.Cəmil küç. 64/66. Elmlər m.st çıxışı , 18, 14 nömrəli marşurutların Ə.Haqverdiyev dayanacağı, Huggies baby uşaq dükanının 5-ci mərtəbəsi.
 Tel:     (+994 12) 510 41 08
Mob:   (+994 70) 441 34 49
E-mail: mail@gead.az
"GEAD"İB facebookda

Qeydiyyat

Seminarda iştirak etmək üçün qeydiyyat formunu doldurun.

  • Adınızı daxil edin
  • Soyadınızı daxil edin
  • Oxuduğunuz universitetin və ya işlədiyiniz şirkətin adını daxil edin
  • Tutduğunuz vəzifə
  • xahiş olunur email dəqiq olsun çünki seminarla bağlı hər hansı bir dəyişiklik sizin emailinizə göndəriləcək
  • xahiş olunur telefon nömrəsi dəqiq olsun çünki seminarla bağlı hər hansı bir dəyişiklik sizin telefonunuza göndəriləcək

Sosial şəbəkələr

Faydalı linklər