“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə sizləri 18 iyun saat 10:00-da filologiya üzrə fəlsəfə doktoru, parodiyaçı, aktyor Nofəl Şahlaroğlunun təqdimatında keçiriləcək "Tədris və elmi məruzə əsnasında xitabət və nitq mədəniyyəti" adlı təlimə dəvət edirik .
Təlimdən əldə edəcəksiniz:
✔ Gözəl və təsirli danışmaq;
✔ Danışarkən jest və mimikalardan düzgün istifadə etmək, daha inandırıcı olmaq;
✔ Tənəffüs orqanlarından düzgün istifadə, hər səsi ayrı-ayrılıqda ağız aparatından düzgün çıxarmaq, Ağız, dil-dodaq tənbəlliyinin aradan qaldırılması;
✔ Vurğu, fasilə, intonasiya, tonallıq;
✔ Komplekslərdən azad olmaq. Fikrimizi sərbəst ifadə etmək;
✔Həyəcan, qorxu hissinin aradan qaldırılması yolları;
✔Parazit səs, söz və hərəkətlərdən qurtulmaq yolları
✔Natiqin davranış mədəniyyəti və nitqində obrazlılıq
Təlim iştirakçıları sonda aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnəcəklər:
• Sözləri yazıldığı kimi deyil, lazım olan kimi səsləndirməyi;
• Harda, necə danışmaq lazım olduğunu;
• İctimaiyyət qarşısında çıxış etməyi.
Təlim Ödənişlidir- 20 AZN
Coffee break və SERTİFİKAT veriləcək
Qeydiyyatdan keçmək üçün ofizimizə yaxınlaşmağınız xahiş olunur.
Qeydiyyatdan keçməyən və yaxud tədbirə gecikən şəxslər təlimə buraxılmayacaq.
Xidmətlərimizdən istifadə etdiyiniz üçün GEAD İctimai Birliyi sizə təşəkkür edir.
Əlavə məlumat üçün əlaqə vasitələri :
Ünvan: Bakı ş. Yasamal r. Ə.Cəmil küç. 64/66. Elmlər m.st çıxışı , 18, 14 nomrəli marşurutların Ə.Haqverdiyev dayanacağı, Huggies baby uşaq dükanının 5-ci mərtəbəsi.