GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Qafqaz Universitetinin iqtisadiyyat fakultəsi maliyyə kafedrasının müdiri, təlimçi-ekspert Dr.Elçın Süleymanov
Çoxsaylı istəkləri nəzərə alaraq “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi sizləri 11 iyun saat 10:00-da təlimçi-ekspert Dr.Elçın Süleymanovun təqdimatında "Elmi tədqiqat işlərinin hazırlanması və elmi resurs bazalarından effektiv istifadə metodları" adlı təlimin təkrarını təşkil edir .
Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:
✔ Elmi tədqiqat işi və məqalə yazarkən diqqət ediləcək nüanslar;
✔ Tədqiqatın Strukturu ;
✔ Elmi Tədqiqatın Mərhələləri;
✔ Tədqiqat Mövzusunun Seçilməsi;
✔ Elmi tədqiqat işi və məqalələrdə beynəlxalq standartlar;
✔ Google Akademic, Researchgate, Academia.edu , SSRN , RePec , ArXiv kimi bazalarda profil açmaq;
✔ Google Akademic , Researchgate , Academia.edu , SSRN , RePec , ArXiv kimi bazalardan effektif istifadə;
✔ Beynəlxalq səviyyəli elmi jurnallara məqalə göndərmədə diqqət ediləcək nüanslar;
✔ Web of Science (WoS) və Scopus bazalarından effektiv istifadə;
✔ Elsevier ve Springer kimi sistemlərdəki elmi jurnallara məqalə göndərmə prosesi ;
✔ Thomson Reuters sitatgətirmə sistemi və sistemdə indexlənən elmi jurnalların impact dəyərinin ölçmə sistemləri;
Təlim iştirakçıları sonda aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnəcəklər:
•Elmi resurs bazalarında profil açmaq və effektiv idarəetmə;
•Elmi tədqiqat bazalarından effektiv istifadə;
•Elmi jurnallara məqalə göndərmək və prosesi izləmək;
•Elmi networklara üzv olmaq və effektiv istifadə etmək;
•Elmi işlərinizi daha geniş aditoriyalara yaymaq və ondan istifadə edilmə proseslərini izləmək ;
•Beynəlxalq əməkdaşlıq imkanları əldə etmək;
•Ortaq layihələrə dəvət almaq.
Təlim ödənişlidir – 20 AZN
Seminarda iştirak etmək üçün qeydiyyat formunu doldurun.