GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəElanlar

“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir” mövzusunda IV Beynəlxalq elmi konfrans

Azərbaycan Universiteti

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai birliyi və “Səs” media qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş 

“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir”

mövzusunda

IV Beynəlxalq elmi  konfrans keçirir.

Məqalələr üçün tələb olunan şərtlər:

Həcmi:5-10 səhifə

Məqalə mətninin tərtibi: A4 formatda, Times New Roman, 14 şrift, 1,5 interval, abzas 1,25, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm parametrləri ilə yığılmalıdır. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır. 
• I səhifədə sağ küncdən tünd qara şriftlə: müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, təmsil etdiyi müəssisənin adı, elektron ünvanı və

əlaqə  telefonu

•Məqalənin adı ortada tünd qara şriftlə böyük hərflərlə

•Məqalənin adının altından 3-5 açar sözlər

• Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15]

və ya[2,17; s. 233-234]

• Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir.

• Azərbaycan və ingilis dillərində xülasə verilməklə yanaşı hər bir xülasəyə uyğun açar sözlər də verilməlidir

• Azərbaycan dilində olan məqalələrin xülasəsi rus, rus dilində olan məqalələrin xülasəsi Azərbaycan dilində olmalıdır.

Tezis və məqalələri ictimai.elmler@kafedrasi.au.edu.az,  ictimai_elmler_kafedrasi@mail.ru  ünvanına göndərə bilərsiniz.

Konfransın mövzusuna, formatına və qoyulan digər tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcəkdir. Təşkilat komitəsi məqalələrin qəbul edilməməsi

hüququnu özündə saxlayır.

Konfrans üçün məqalələrin qəbulu 31.05.2016 cı ilə qədər davam edəcəkdir.
Konfrans 04.06.2016 cı ildə Azərbaycan Universitetində keçiriləcəkdir.
Əlaqə: I korpus - Nəsimi r,  Tiblisi prospekti 72, II korpus – Nəsimi r, Pişavari 36, Bakı, AZ 1102, Azərbaycan.Tel.:(+99412) 431-48-96,050-384-28-97

 

 

 

 

 

 

 

 

 

2485 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər