GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
MBA (Master of Business Administration) təhsil proqramı ilk dəfə 1902-ci ildə ABŞ-dakı Dartmouth College (Hanover, New Hampshire) tərəfindən tətbiq edilmişdir. Daha sonralar isə bu təhsil növü dünyanın bir çox ölkələrində də istifadə olunmağa başlamış və son 20 il ərzində idarə etmə sahəsində bakalavrların seçdiyi ixtisaslar arasında əhəmiyyətli yer tutmuşdur. MBA proqramına ixtisasından asılı olmayaraq bütün bakalavrlar ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər sənəd vermək hüququna malikdirlər və sənəd verə bilərlər.
Magistr və MBA proqramlarını fərqləndirən xüsusiyyətlər:
1) MBA proqramı praktik xüsusiyyətlərə malikdir. Bu proqram öz rəhbərlik keyfiyyətlərinin təkmilləşdirilməsini, işgüzar idarəetmə vərdişlərinin əldə edilməsini və yeni vəzifələrə yüksəlməyi qarşısında məqsəd qoyan mütəxəssislər üçün nəzərdə tutulur.
2) MBA proqramları müəyyən bir elm sahəsində dar çərçivədə ixtisaslaşmanı nəzərdə tutmur.
3) Magistr proqramları isə seçilmış ixtisas sahəsində öz biliklərini təkmilləşdirmək və ya böyük həcmdə xüsusi biliklərə malik olunması tələb edilən rəhbər vəzifələrə yüksəlmək meyarlarını öz qarşılarında məqsəd qoyan rəhbər işçilər və mütəxəssislər üçün nəzərdə tutulur.
Azərbaycan Respublikasında MBA proqramı üzrə tələbə qəbul edən universitetlərdə aşağıdakı MBA istiqamətləri mövcuddur:
060409 Biznesin idarə edilməsi
Biznesin təşkili və idarə edilməsi (sahələr üzrə)
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)
Biznesin təşkili və idarə edilməsi (marketing üzrə)
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
Biznesin təşkili və idarə edilməsi (kommersiya sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (mehmanxana və turist biznesi sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (bank işi sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (otelçilik sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (restoran biznesi sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (reklam işi sahəsi üzrə)
060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
İdarəetmədə informasiya sistemləri
060403 Maliyyə
Bank işi
Maliyyə nəzarəti və audit
Maliyyə menecmenti
060401 Dünya iqtisadiyyatı
Beynəlxalq iqtisadi münasibətlər
Xarici iqtisadi siyasət
060402 Mühasibat uçotu və audit
İstehsal sferasında mühasibat uçotu və audit
Xidmət sferasında mühasibat uçotu və audit
060408 Marketing
Marketing (sahələr üzrə)
Təhsillərini MBA proqramı üzrə davam etdirmək istəyən bakalavrlar əvvəlcə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsində ən azı minumum keçid balını toplamalıdırlar. İkinci mərhələdə isə aşağıdakı mövzular üzrə hazırlanmış qəbul imtahanını verməlidirlər:
Riyaziyyat:
Həqiqi ədədlər. Cəbri ifadələr. Çoxhədlilər və onlar üzərində əməllər. Çoxhədlilərin vuruqlara ayrılması. Ardıcıllıqlar. Ədədi və həndəsi silsilələr. Faiz. Faizə aid məsələlərin həlli. Tənasüb qurulmasına aid məsələlərin həlli. Tənliklər. Kvadrat tənlik və onun həlli. Tənliklər sistemi. Bərabərsizlilklər və onların həlli. Xətti bərabərsizliklər sistemi və onun həlli. Funksiya. Funksiyanın tədqiqi. Törəmə. Törəmənin tapılması. Törəmə vasitəsilə funksiyanın araşdırılması. Kombinatorika elementləri. Ehtimal nəzəriyyəsinin elementləri. Düz xətt. Parça. Düz xəttlərin qarşılıqlı vəziyyəti. Bucaq. Bucağın növləri. Çoxbucaqlılar; üçbucaq, paraleloqram, düzbucaqlı, trapesiya. Onların xassələri, sahəsi və predmeti. Çevrə. Çevrənin uzunluğu. Dairə və onun sahəsi. Koordinat sistemi. Düz xətt tənliyi. Iki nöqtə arasındakı məsafənin tapılması. Vektorlar və onlar üzərində əməllər. Paralelepiped, silindr və kürənin həcmi və səthinin sahəsi. Cədvəllər və qrafiklər.
Verilənlərin təhlili və kafiliyi:
Ədədi, qrafik və cədvəl formasında verilmiş informasiyanın təhlili və qanunauyğunluqlarının aşkarlanması. Verilmiş informasiya əsasında müxtəlif göstəricilərin hesablanması. Ədədi, qrafik və cədvəl formasında verilmiş informasiyanın ümumiləşdirilməsi.
Məsələnin riyazi qoyuluşunun təhlili. Riyazi məsələlərin və sualların məzmunun dərk edilməsi. Hesab, cəbr və həndəsə məsələlərində verilənlərin kafiliyinin qiymətləndirilməsi. Şərtlərdəki informasiyanın məsələnin həlli üçün kafi olub olmamasının müəyyən edilməsi.
*Qeyd edək ki, yuxarıda göstərilən MBA təhsil istiqamətləri və qəbul proqramı TQDK-nın 2011-2012 tədris ilində təqdim etdiyi şərtlərə uyğundur. Yeni qaydalara əlavə olunub – olunmadığını müəyyənləşdirmək üçün “TQDK magistr jurnalı”nın yeni saylarını izləmək lazımdır.