GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXaricdə təhsilRezidentura

Rezidentura

TUS NƏDİR?

 

TUS  (Tıpta Uzmanlık Sınavı) - Türkiyə Cümhuriyyəti ÖSYM (Öğrenci Seçme ve Yerleştirme Merkezi) tərəfindən təsis edilmiş, tibb universitetini bitirən həkimlərin universitet və elmi-tədqiqat xəstəxanalarında ixtisas artırması və ya ixtisas dəyişməsi üçün həyata keçirilən imtahandır. İmtahan nəzəri və praktiki fənn suallarından ibarət olub iki mərhələdə keçirilir. Eyni zamanda bu imtahana girən həkimlərin xarici dil səviyyəsini göstərən sertifikatlarının olması da tələb olunur (daha ətraflı aşağıda). Bu imtahanı müvəffəqiyyətlə keçən həkimlər tibbi təhsilin ''uzmanlık eğitimi'' mərhələsinə başlayaraq seçdiyi ixtisasa müvafiq olaraq 4 və ya 5 illik təhsil aldıqdan sonra ''Uzman Doktor'' adını almış olurlar. Bu da həmin həkimə əldə etdiyi elmi səviyyəyə görə uyğun ixtisas üzrə hər hansı bir klinikanı müstəqil idarə etmə (xəstələrin müstəqil müalicəsi və izlənməsi) hüququ qazandırmış olur.

Təbii ki, bu təhsil imkanından xarici ölkə vətəndaşlarının da istifadə etmə hüququ mövcuddur. Əvvəlki illərdə imtahana girmək üçün bir sıra çətinliklər və maneələrin olması imtahanı əlçatmaz kimi göstərsə də, son zamanlar aparılan islahatlar vəziyyəti xeyli asanlaşdırdı. Məsələn, ötən ilə qədər TUS-a girmək üçün ''Diploma Denklik Sınavı'' (Türkiyədə təhsil almaq üçün tibbi biliklərin yetərli olduğunu təsdiqləmək məqsədilə verilən TUS-a bənzər imtahan) ləğv edildi. Bu da xarici həkimlərin heç bir maneə olmadan birbaşa TUS-da iştirak etməsinə kömək etdi, həmçinin həm maddi, həm də zaman itkisi baxımından yararlı oldu. Bundan başqa sadəcə Ankarada deyil, həm də İstanbul və İzmirdə də imtahana girə bilmək üçün qərar qəbul edildi.

Bütün bunlarla yanaşı “Uzmanlık təhsili”nə tələbatın artması TUS imtahanında bəzi labüd dəyişiklikləri özü ilə birlikdə gətirdi ki, bunlar da imtahan sual miqdarı və xarici dil imtahanı ilə bağlı idi. Belə ki, ümumi sual miqdarı 200-dən 240-a çıxarıldı (120 nəzəri və 120 klinik fənn sualı). TUS-a daxil olan 100 suallıq xarici dil imtahanı da ləğv edilərək YDS (Yabancı Dil Sınavı) ilə əvəz edildi ki, bu da tibbi və qeyri-tibbi ixtisaslı vətəndaşların xarici dil səviyyəsini ölçmək üçün həyata keçirilən müstəqil imtahandır. YDS eyni zamanda sual tərkibinə görə də TUS-un xarici dil imtahanına nəzərən daha ağır imtahan kimi xarakterizə edilir.

Nəticə etibarı ilə hər nə qədər çətin və əziyyətli görünsə də TUS Türkiyədə elmi və praktiki səviyyəsini artırmaq istəyən, real hədəfi olan həkimlərin qarşısında duran bir imtahandır. Bu yol planlı bir şəkildə hazırlaşan həkimlər üçün imkansız və əlçatmaz deyildir. Müəyyən prinsiplərə əməl etməklə, düzgün bir şəkildə və doğru elmi qaynaqlardan hazırlaşmaq bu maneəni rahat bir şəkildə keçməyə kömək edəcəkdir.

 

TUS-da hansı suallarla qarşılaşacağam?

 

TUS aprel və sentyabrda olmaqla ildə iki dəfə keçirilir (Yaz və payız semestri). 2012-ci il yaz semestrindən etibarən imtahan günün birinci yarısı 120 sual nəzəri fənlər və günün ikinci yarısı 120 sual kilinki fənlər olmaqda iki mərhələdə keçirilir.

Nəzəri tibbi fənlər: (Cəmi 120 sual)

  1. İnsan Anatomiyası (14 sual)
  2. Histologiya və embriologiya (8 sual)
  3. Fiziologiya (14 sual)
  4. Tibbi biokimya (22 sual)
  5. Tibbi mikrobiologiya (22 sual)
  6. Tibbi patofiziologiya (22 sual)
  7. Tibbi farmakologiya (22 sual)

 

Kilinki fənlər (Cəmi 120 sual)

  1. Daxili xəstəliklər (42 sual)
  2. Uşaq xəstəlikləri (30 sual)
  3. Cərrahi xəstəlikləri (36 sual)
  4. Mama və ginekologiya (12 sual)

(yuxarıdakı sual bölgüsü təxmini bölgüdür)

 

Bu fənlər üzrə suallar dünyaca özünü təsdiq etmiş müəlliflərin kitablarından hazırlanır (Nelson Textbook of Pediatrics, Guyton and Hall Textbook of Medical Physiology, Robbins and Cotran's Pathologıc Basis of Deseases və s. ). Amma təbii ki, belə nəzəri yüklənmiş kitablardan TUS-a hazırlaşmaq mümkün deyil. Bu məqsədlə Türkiyədə uzun illərin təcrübəsinə əsaslanaraq TUS-a hazırlıq kursları imtahana düşən sualları analiz edərək çıxa biləcək sualları əhatə edən elmi məlumatları toplayıb TUS-a hazırlıq kitablarını yazmışlar. Eyni zamanda imtahan haqqında təsəvvür yaratmaq və yol göstərmək məqsədilə daha əvvəl imtahana düşmüş sınaq sualları və əlavə test tapşırıqları kitabları da mövcuddur. Bu kitablardakı məlumatları mənimsəməklə imtahanda müvəffəqiyyət qazanmaq daha asan olur.

 

Xarici dil imtahanı haqqında

 

Digər bir imtahan da Xarici dil imtahanıdır. Əgər həkimlərin xarici dil səviyyəsini göstərəcək başqa sertifikatları mövcuddursa (imtahan şərtnaməsinə görə qəbul edilən imtahanlar: məsələn TOEFL, İELTS, DAT və s.) xarici dil imtahanına girməyə ehtiyac qalmır. Yox əgər yoxdursa o zaman hər il ÖSYM-nin həyata keçirdiyi YDS-yə (Yabancı Dil Sınavı) müraciət etmək lazımdır. (www.osym.gov.tr)

Sosial şəbəkələr

Faydalı linklər