GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
1. LAYİHƏNİN ADI: Bu hissədə layihənin adı tam şəkildə yazılmalıdır.
2. PROBLEMİN QOYULUŞU: Həll etmək istədiyiniz problem haqqında
məlumat verilməli, problemin necə müəyyən edildiyi göstərilməlidir. Nə üçün bu problemin həllinin zəruri hesab edildiyi məsələsi də ətraflı izah olunmalıdır.
3. LAYİHƏNİN TƏSVİRİ: Bu hissədə layihə haqqında ətraflı və geniş məlumatlar verilərək təsvir edilməlidir.
4. LAYİHƏNİN ÜNVANLANDIĞI QRUP: Müsabiqəçi layihəni ünvanladığı qrupu necə təyin etdiyi, həmin qrupun təxmini neçə nəfərdən ibarət olduğu və harada məskunlaşdıqları haqqında ətraflı şəkildə məlumat verməlidir.
5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ: Layihənin başlanma və bitmə tarixləri dəqiq göstərilməlidir.
6. LAYİHƏNİN MƏQSƏDİ: Layihənin dəqiq məqsədi göstərilməlidir.
7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Layihənin həyata keçirilməsində iştirakçıların nə əldə edəcəkləri qeyd edilməlidir.
8. FƏALİYYƏT NÖVLƏRİ: Layihənin həyata keçirilməsində görüləcək işlər, bundan başqa layihənin ünvanlandığı qrupun layihənin həyata keçirilməsində rolunun nədən ibarət olduğu göstərilməlidir.
9. İCRA PLANI: Xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyəti, onun icra vaxtı və icraçıları göstərilməlidir.
10. BÜDCƏ: Büdcəni aydın şəkildə, ayrı-ayrı bəndlərdə göstərin. Sizin təşkilat və ya başqa donorlar tərəfindən ödənilməsi nəzərdə tutulan xərcləri qeyd edin. Büdcə “Excel” formatda tərtib edilməlidir.
11. LAYİHƏNİN DAVAMLILIĞI: Layihə başa çatdıqdan sonra layihənin təsiri qeyd edilməli və layihənin davamlılığına təsir edən amillər göstərilməlidir.
12. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI: Layihə başa çatdıqdan sonra onun qiymətləndirilməsinin keçirilməsi vacibdir. Müsabiqəni maliyyələşdirən sektora layihənin nəticələri haqqında ətraflı arayış, mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim edilməlidir.
13. TƏŞKİLATINIZ HAQQINDA MƏLUMAT: Bu hissədə indiyədək həyata keçirilmiş layihələrin (büdcə və donorlar göstərilməklə) siyahısı, tərəfdaşlar, təşkilatın üzvləri, yerli bölmələri və digər maraq doğura biləcək məlumatlar qeyd edilməlidir.
14. LAYİHƏNİN İCRAÇILARI: İcraçılar haqqında aşağıdakı məlumatlar təqdim edilməlidir:
- tərcümeyi hal, təhsili, şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsili varsa diplomun surəti, layihənin həyata keçirilməsində və təşkilatda onun vəzifəsi.
Məlumatların doğruluğuna zəmanət verən təşkilat sədrinin adı, soyadı və atasının adı.
İMZA: Tarix: "___"_____________ 20__-ci il
Möhür: