GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
1. Təşkilatın rəhbəri tərəfindən imzalanan qoşma məktub;
2. Kafedra və ya ixtisas üzrə professor (Əlavə 2.2), yaxud dosent (Əlavə 2.3) elmi adı verilməsinə dair arayış - 1nüsxə;
3. İş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrların şəxsi uçotu vərəqəsi - 1 nüsxə;
4. Elmi və pedaqoji vəzifələrdə işləməsi barədə əmək kitabçasından iş yerində təsdiq edilmiş çıxarış - 1nüsxə;
5. Ali məktəblərdə əvəzçilik qaydasında pedaqoji vəzifə tutmaq haqqında əmrdən çıxarış və ya saat hesabı ödəmə şərtilə pedaqoji fəaliyyət haqqında (hər ay üçün tədris yükü göstərilməklə) arayış – 1 nüsxə;
6. İxtisas üzrə professor elmi adının iddiaçıları üçün – onun elmi rəhbəri və ya elmi məsləhətçisi olduğu müvafiq alimlik dərəcəsi almış şəxslərin, dissertasiyanın adı, ixtisası və alimlik dərəcəsi verildiyi il göstərilməklə, elmi şuranın elmi katibi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş siyahısı – 1 nüsxə;
7. İddiaçının elmi-pedaqoji, istehsalat fəaliyyətinə dair onun iş yerindən verilən, təşkilatın rəhbəri tərəfindən imzalanan, tarix qoyulub gerbli möhürlə təsdiq olunan xasiyyətnamə – 1 nüsxə
İddiaçı elmi ad almağa əsas iş yerindən təqdim edilmədikdə, onu elmi ad almağa təqdim edən təşkilatdan verilən xasiyyətnamə ilə yanaşı, əsas iş yerindən verilən xasiyyətnamə də təqdim olunmalıdır;
8. Elmlər doktoru (professor və dosent elmi adının iddiaçıları üçün) və ya elmlər namizədi (dosent elmi adının iddiaçıları üçün) diplomunun təsdiq olunmuş surəti - 1 nüsxə
Alimlik dərəcəsi başqa ölkədə verildiyi halda müvafiq qaydada təsdiq olunmuş ekvivalentlik haqqında sənədin surəti;
9. İddiaçının dərc olunmuş elmi və tədris - metodiki işlərinin onun iş yerində təsdiq olunmuş siyahısı (Əlavə 2.4)
Elmi və tədris - metodiki işlər (onların surəti) və dissertasiyanın avtoreferatı attestasiya işinə əlavə olunur;
10. Qeydiyyat-uçot vərəqəsi (Əlavə 2.5);
11. Attestasiya işində olan sənədlərin siyahısı (Əlavə 2.6)
Elmi ad verilməsinə dair bütün sənədlər AAK-a qovluqda göndərilməlidir.
İddiaçının attestasiya işinin təşkilatda saxlanılan ikinci nüsxəsinə yuxarıda qeyd edilən sənədlərin sürətindən başqa səsvermə zamanı istifadə olunan bülletenlər (əlavə 2.7) və hesablayıcı komissiyanın müvafiq formada tərtib olunmuş protokolu ( əlavə2.8) əlavə olunur.