GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin Zərfər gününə həsr edilmiş gənc tədqiqatçıların “Elmi Məqalələr Toplusu” nəşr olunmuşdur. Topluda Azərbaycanın müxtəlif elm və təhsil olcaqalarında fəaliyyət göstərən gənc tədqiqatçıların məqalələri toplanmışdır. “Elmi Məqalələr Toplusu”nun baş redaktoru dos. Rəşad Səlimov, redaktoru Elvin Hüseynov, məsul katibi dos.Ruslan Abdullayevdir. Jurnalın nəşrində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birlyinin məqsədi gənclərin elmi fəaliyyətini işıqlandırmaq, tədqiqatlarını ictimaiyyətə təqdim etmək, eyni zamanda gəncləri elmə təşfiq etməkdən ibarətdir. Topluda Qobustan-Abşeron fiziki-coğrafi rayonunda palçıq vulkanlarının ətraf mühitə təsirinin təhlili, Balaxanı-Sabunçu-Ramanı yatağında qalıq neft ehtiyatlarının realizəsinin geoloji əsasları (VIII horizont timsalında), Davamlı iqtisadi artım iqtisadi inkişafın əsas hədəfi kimi, Paylanmış heksamiqyaslı sistemlərdən qraflar nəzəriyyəsinin tətbiqi ilə yük balanslaşdırılmasının optimallaşdırılması, Günəşli yatağının X horizontunun işlənməsinin cari vəziyyətinin təhlili, İstilik üsullarının tətbiqi üçün yataq sahəsində müvafiq zonaların seçilməsi barədə (Qərbi Abşeron yatağı timsalında), Darvin bankası yatağının cənub-şərq periklinalının strukturunun dəqiqləşdirilməsi və ehtiyatların geoloji riskləri və s. mövzularda 19 məqalə ictimaiyyətə təqdim edilmişdir.
https://drive.google.com/file/d/1qYuuCP9FGyqCaH2KMqxSrJEAutlPEJrx/view?usp=sharing