GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəDoktoranturaHüquqi normativ sənədlər

Doktoranturaya qəbul qaydaları

AMEA 2012-ci ilə respublikanın və AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129 №-li 01 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• iş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər:

Doktoranturaya sənədlər sentyabr ayının 01-dən 30-dək qəbul edilir.

Qəbul imtahanları oktyabr ayında keçiriləcək.

Doktoranturaya qəbul imtahanlarına buraxılış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar.

AMEA-nın elmi müəssisələrinə qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.

İstinad: www.science.gov.az .

810 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər