GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəMüsahibələr

Məmmədəli Babaşlı: “Son dövrlər fəaliyyətimiz intensivləşib”

Qeyd etmək istərdim ki, bu gün respublikamızda gənclərin bilik və bacarıqlarının, mövcud potensialının səmərəli şəkildə reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və tədbirlər həyata keçirilir. Təbii ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılı-ğının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. 
Son dövrlər respublikamızda gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakını təmin etmək, istedadlı gənclərə  qayğı ilə yanaşmaq,  gənclərin sağlamlığının qorunmasını və fiziki inkişafını nəzarətdə saxlamaq, gənclərin məşğulluğunu təmin etmək, gənclər təşkilatlarına dövlət yardımı göstərmək və digər istiqamətlərdə fəaliyyətlər ardıcıl  şəkildə həyata keçirilir. Belə ki, gənclər təşkilatlarına dövlət yardımı göstərmək məqsədilə mütəmadi olaraq gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr keçirilir. 
 
“GEAD” İctimai Birliyinin əsas fəaliyyət istiqamətləri hansılardır?
 
Bildiyimiz kimi, respublikada Dövlət Gənclər Siyasəti çərçivəsində bir çox mühüm tədbirlər həyata keçirilir. Belə ki, elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar “Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu”, “Gənc alimlərin birinci respublika innovativ ideya yarmarkası” və digər tədbirlər təşkil edilmiş, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunmuşdur. Bu gün Azərbaycanda müxtləlif qeyri-hökumət təşkilatları dövlət quruculuğu prosesinə öz təhfəsini verir. “GEAD” İB-nin təsis edilməsində əsas məqsəd elmi tədqiqat işləri ilə məşğul olan gənclərin potensialını dəyərdirmək  və onları düzgün istiqamətləndirməkdən ibarətdir. 
Məlumat üçün nəzərinizə çatdırım ki, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 aprel 2010-cu ildə qeydiyyata alınmışdır. Biriyin məqsədi inkişaf edən respublikamızın iqtisadi potensialının gücləndirilməsində gənclərin fəal iştirak etməsinə çalışmaq, gənclərdə elm və təhsilə olan marağın artırılmasına kömək etmək, elmlə məşğul olan gənclər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu məqsədlərə çatmaq üçün birliyimiz əsasən müxtəlif  kurslar, seminarlar, monitorinqlər, dəyirmi masalar, sərgilər, mədəni-kütləvi tədbirlər həyata keçirir. Təqdiqatla məşğul olan gənc üzvlərimizə kömək məqsədilə elektron kitabxana xidməti göstərir.
Qeyd etmək istəyirəm ki, son dövrlər fəaliyyətlərimiz intensivləşmişdir. 
Fəaliyyətə başladığımız tarixdən etibarən artıq ictimai birliyin 2 layihəsi maliyyələşmişdir.  Bildiyiniz kimi, keçən il Respublika Prezidentinin sərancamı ilə ölkədə turizm ili elan olunmuşdur, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə elan olunmuş müsabiqədə birliyimizin “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi qalib olmuş və nəzərdə tutlan tədbirlər həyata keçirilərək layihə uğurla yekunlaşmışdır. Hal-hazırda isə, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” layihəsini icra edirik.
 
 “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” layihəsinin  əsas ideyası nədir?
 
“Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” layihəsinin əsas ideyasını iqtisadi potensialın intellektual kapitalına çevrilməsi yolunda gənclərin potensialından istifadə edərək onlar arasında elmin müxtəlif sahələrilə bağlı yeni nailiyyətlərin əldə olunmasına kömək etmək təşkil edir. Layihə çərçivəsində gənc tədqiqatçılar müasir elmi tədqiqat metodları (akademik məqalə, konfrans məruzələri, tezis və dissertasiyanın yazılma qaydaları, tədqiqat zamanı müasir informasiya texnologiyalarından səmərəli istifadə metodları), xaricdə elmi tədqiqat və təhsil imkanları, elmin   fərdi və sosial həyatdakı rolu, ölkənin sosial-iqtisadi inkişafı baxımından akademik fəaliyyətin əhəmiyyəti, elmi tədqiqatçının xüsusiyyətləri və keyfiyyətləri haqqında məlumatlar əldə edəcəklər. 
 
Layihənin hansı auditoriyada reallaşması nəzərdə tutulur?
 
Ölkəmizdə təhsilin səviyyəsini yaxşılaşdırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsi sürətlə davam edir. Xüsusilə, ali təhsil müəssisələrində aparılan islahatlar həm yüksəkixtisaslı kadrların hazırlanması, həm də respublikamızın elmi-texniki potensilanının gücləndirilməsi istiqamətlərini nəzərdə tutur. Ali məktəblərdə aparılan elmi tədqiqatlar ölkəmizin bu sahədəki fəaliyyətinin mühüm hissəsini təşkil edir. Elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi təmin olunmasına kömək etmək məqsədilə bu layihənin Lənkəran Dövlət Universitetində icra olunması planlaşdırılmışdır. Bu məqsədlə, Lənkəran Dövlət Universitetinin rektoru professor Asəf İsgəndərovla görüş keçirilmişdir. Professor Asəf İsgəndərov İctimai Birliyin adı-keçən layihənin Lənkəran Dövlət Universitetində keçirilməsi fikrini müsbət qarşılamış, lazımi köməkliyin göstəriləcəyini bildirmişdir. Əldə olunmuş razılığa əsasən “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətlən-dirilməsi və müasir elmi tədqiqat metodları” layihəsi 16 noyabr 2012-ci ildə Lənkəran Dövlət Universitetində təhsil alan gənclərə təqdim olunacaqdır.
 
Məmmədəli müəllim, layihənin icra olunması sizcə hansı nəticələrə səbəb olacaqdır?
 
Vurğulamaq istəyirəm ki. lahiyədə nəzərdə tutulmuş seminar mövzuları xüsusi diqqət çəkir. Belə ki, elmi tədqiqatin müasir metodları, xaricdə elmi tədqiqat və elmi təhsil metodları, akademik fəaliyyətdə uğur qazanmanın yolları gənc tədqiqatçılara təqdim olunacaq. 
Ümid edirik ki, bu lahiyənin reallaşması nəticəsində gənclərdə müasir  elmi tədqiqat metodlarına maraq oyanacaq, onları elmi tədqiqatlara həvəsləndirəcək, innovativ fikirlər və yanaşmalar haqqında məlumatlandıracaq. 
Layihənin reallaşması ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsinə kömək edəcək və gənclərin potensialından istifadə edərək yeni elmi elmi nailliyyətlərin əldə olunacaq. Bu mənada, gənclərdə zəruri elmi tədqiqat vərdişləri formalaşacaq, onlarda elmi layihələrdə iştirak etmək üçün stimul formalaşdıracaq. İnanırıq ki bu layihənin icrası nəticəsində gənclərin elmi tədqiqata marağı artacaq, onların müasir elmi tədqiqat metodları ilə bağıi məlumatlandırılması, beynəlxalq elmi mühitə inteqrasiya olunmasına köməklik göstərəcək.
Xəbəri saytdan oxumaq üçün http://qhtxeber.az/news/a-19743.html ünvanını ziyarət edə bilərsiniz...
575 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər