GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəFəaliyyətlərimizGEAD KİV-də

Ədəbiyyatda "erməni məsələsi" nə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları təqdim olundu

Ədəbiyyatda "erməni məsələsi" nə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları təqdim olundu  

06 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" adlı layihə çərçivəsində nəşr olunmuş beynəlxalq elmi konfransın materiallarının təqdimatı  keçirilmişdir. Qeyd etmək lazımdır ki, sözü-gedən layihə cari ilin 24-25 aprel tarixlərində Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuş "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" adlı beynəlxalq elmi konfransın davamı səciyyəsini daşıyırdı. Belə ki, konfransda təqdim olunmuş məruzələrin nəşr edilməsi və ictimaiyyətə çatdırılması “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayında elan olunmuş müsabiqəyə təqdim edilmiş layihənin qalib olması  nəticəsində mümkün oldu.  

Ümumən layihənin məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan “erməni məsələsi”ni geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu mövzunu hər iki ölkə ictimaiyyətinin  diqqətində saxlamaq idi. Digər bir məqsəd isə,  iki qardaş ölkənin ədəbi mühitinin erməni məsələsinə  baxışını, bu mövzuda yazılmış dəyərli əsərləri  müəyyənləşdirmək, onları elmi təhlilə cəlb etmək və ölkə ictimaiyyətinə təqdim etmək idi.

Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı layihənin birinci mərhələsində azərbaycanlı və türkiyəli alimlərin, yazıçıların, tənqidçilərin iştirakı ilə keçirilmiş "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" adlı beynəlxalq elmi konfrans haqda iştirakçılara məlumat verdi.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" layihəsinin çox əhəmiyyətli olduğunu və bu münasibətlə nəşr olunmuş beynəlxalq elmi konfrans materiallarının həm  bizlər, həm də gələcək nəsillər üçün qiymətli bir mənbə olduğunu bildirdi.  Həmçinin ədəbi ictimaiyyət üçün əhəmiyyətli olan “erməni məsələsi”nin beynəlxalq konfrans səviyyəsində elmi müzakirəyə çıxardığına görə GEAD İctimai Birliyinə təşəkkür etdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Türkiyə Cümhuriyyəti səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi yazıçı-jurnalist Rəşad Məcid və digər natiqlər ədəbiyyat nümunələrində “erməni məsələsi”nin təhlilinə həsr olunmuş konfransın materialllarının nəşr olunmasını təqdirəlayiq hal hesab etdilər.

Tədbirin sonunda, dosent M.Babaşlı ümummilli məsələyə həsr olunan bu layihənin reallaşmasında diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə xüsusi olaraq təşəkkür etdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bununla bağlı xəbərlər aşağıdakı saytlarda öz əksini tapmışdır:

1. www.azertag.az

2. www.qhtxeber.az

3. azerbaijan-news.az

4. www.sia.az

5. www.salamnews.org

6. www.simsar.az

7. www.publika.az 

8. www.avrasiya.net

9. www.azeriturk.az

10. www.bmm.az

11. www.fact-info.az

12. www.interaztv.com

13. www.mys.gov.az

14. www.azpress.az

15. www.ayb.az

16. www.azadaz.com

17. www.shahbulaq.az

18. www.525.az

19. www.turkiye.az

 

566 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər