GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəKöşə yazarlar

Təranə Şükürlü

21 Fevral Beynəlxalq Ana dili Günüdür

  Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. (H.Əliyev)


Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dil insanın həyat və fəaliyyəti, fikir və düşüncələrilə bağlı olur. İnsanın bütün şüurlu həyatı dildə keçir. O, dildə düşünür, dildə fikirlərini ümumiləşdirir, ən ülvi hislərini dildə ifadə edir.  

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd edilir. BMT 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ini Beynəlxalq Ana dili günü qeyd etmişdir. Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı.

Azərbaycanda müstəqillik dönəmində dil siyasəti 1991-ci ildən başlamışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bundan sonra hökumət səviyyəsində dilimizin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

İndi Azərbaycan dilinin özünəməxsus zəngin lüğət fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası vardır.

Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Bu fərman Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi yolunda dövlət qayğısının artırılması deməkdir.  Bu tarix Azərbaycan xalqının həyatında əlamətdar bir gün kimi qalacaqdır. Bu fərmanının imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında” fərman imzalandı. Bu komissiyanın tərkibinə görkəmli dövlət xadimlərilə yanaşı, dilçilər də daxil edildi ki, onlar daima dilimizin tətbiqi sahəsinə nəzarət etsinlər.

Ümummilli lider Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.

Həmin vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Bundan başqa, 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasında  Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, onun tətbiqi, inkişaf etdirilməsi istiqamətində bir addımdır.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.   İndi Azərbaycan dilinin Azərbaycan dilinin özünəməxsus zəngin lüğət fondu,geniş ifadə imkanları, mükəmməl əlifbası vardır.

Dil dövlət atributlarından biridir və ona hörmətlə yanaşılmalıdır. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir azərbaycanlı göz bəbəyi kimi qorumalı, ona daim qayğı ilə yanaşmalıdır. Bu hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur. 

Təranə  Şükürlü

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi

Filologiya üzrə fəlsəfə doktoru, dosent

1037 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər