GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəManset Xəbərlər

GEAD İB

“Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun təqdimatı keçirilmişdir

12 iyun 2014-cü il tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin ofisində “Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında geniş məlumat vermişdir. Daha sonra M. Babaşlı “Gənc tədqiqatçilarin elmi məqalələr toplusu” barədə gələn qonaqlara ətraflı verərək qeyd etdi ki, “Elmi fəaliyyətə gedən yolun magistratura pilləsindən keçdiyini nəzərə alaraq magistr tələbələrini həvəsləndirmək də son dərəcə vacibdir. Elə buna görə də GEAD İctimai Birliyi olaraq  respublikamızın müxtəlif universitetlərində təhsil alan gənc tədqiqatçıların elmi məqalələrini toplu halında nəşr etdirmək qərarına gəldik. Topluda Azərbaycanın həm paytaxt, həm də region universitetləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində magistratura və doktorantura təhsili alan tədqiqatçıların da araşdırmalarına yer verilmişdir.  Bu məqalələr toplusunun tədqiqatçı kimi ilk addımlarını atan gənclərin elmi fəallığına təsir göstərəcəyinə, onların topluda məqaləsi dərc olunan digər müəlliflərlə elmi müzakirələr aparma imkanını əldə edəcəklərinə inanırıq. Ümid edirik ki, GEAD İctimai Birliyinin təşəbbüsü və təkilatçılığı ilə ərsəyə gələn bu topluda elmi məqaləsi nəşr olunan gənc tədqiqatçıların sorağı dünyanın bir çox ölkələrindən, mötəbər elmi toplantılardan və jurnallardan gələcəkdir”.  

Görüşün sonunda tədbir iştirakçılarına yeni toplu hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.  

990 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər