GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

“Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək” layihəsinin qapanış günü tədbiri keçirilib

16 mart 2019-cu ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstəkadlı layihənin Binəqədi Gənclər Evində qapanış günü tədbiri baş tutdu. Məqsədi gənclərin növbəti təhsil pilləsində ixtisas seçimlərinə dəstək verilməsi və gənclərin gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmələrinə nail olunması olan layihə çərçivəsində 60 iştirakçı öz bilik və bacarıqlarını inkişaf etdirib peşə və ixtisas seçimi ilə bağlı ətraflı biliklər əldə etdiblər. Təlimçi Elşad Yunusov təlimlər zamanı “Peşə və ixtisas seçimi nədir?”, “Abraham Maslounun Ehtiyaclar İyerarxiyası”, “Peşə, ixtisas seçiminə təsir edən faktorlar”, “Peşə, ixtisas seçərkən nələrə diqqət edilməlidir”, “Peşə seçmədə səkkiz bucaq situasiyası”, “Şəxsiyyətin tanınmasında “Bədən dilimiz” bizə nə deyir?”, “Peşə və ixtisaslar” və s. mövzularda təqdimatları ilə iştirakçıları maarifləndirib. Layihənin yekununda iştirakçılar “Sağ və sol beyin yarımkürələri testi”, “Şəxsiyyətin sosial tipinin təyini” testlərinin necə aparılması lazım olduğu praktik tətbiqetmələrlə iştirakçılara öyrədilib. Layihənin yekununda iştirakçılara təqdim olunması üçün layihə komandası - R.A.Abdullayev, E.R.Yunusov, R.A.Səlimov,  E.V.Hüseynov, K.Ə.Yahyayev tərəfindən “Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək” adlı kitab tərtib edilmişdir.

Layihənin qapanış tədbirini “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dos. Həzi Eynalov açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun belə layihələri dəstəkləyib maliyyələşdirdiyi üçün öz təşəkkürünü bildirdi. Sonra çıxışının davamında qeyd etdi ki, peşə haqqında düzgün təsəvvürün olmaması, seçilən peşənin hansı şəxsi keyfiyyətlər və səriştələr tələb etməsinin nəzərə alınmaması, valideynlərin istək və arzularının təsiri yeniyetmələrin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır. Hazırda kiçik və orta sahibkarlıq sferasında peşəkar kadrlara olan ehtiyacın mövcudluğu gənclərin təhsilin növbəti pilləsi üçün ixtisas seçiminə düzgün istiqamətləndirilməməsinin nəticəsi olduğunu qeyd etdi. Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar və “Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək” adlı kitab təqdim olundu.

Yekunda layihə rəhbəri Kamran Yahyayev iştirakçılara təlimlərdə fəal iştirak etdikləri üçün təşəkkür edərək onlara uğurlar arzu etdi və təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

45 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər