GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

“Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək” layihəsinin II təlim günü baş tutmuşdur

09 fevral 2019-cu ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstəklayihəsinin  II təlim günü baş tutmuşdur.

Təlimçi Elşad Yunusov təlimlər zamanı Myers Briggs təyin etdiyi 12 insan tipini iştirakçılara izah edərək peşə seçimində nələrə diqqət ediləcəyini izah etmişdir. Həmçinin o, peşə seçimində 8 bucaq situasiyanın: 1.Ailə, 2.Dost, 3.Müəllim, 4.Özünün planı, 5.Qabiliyyət, 6.İctimaiyyətə tanıtma, 7.Məlumatlılıq, 8. Meyillilik  rolundan bəhs etmişdir. Bununla yanaşı təlimçi peşə seçimində maraq, qabiliyyət, sağlamlıq, xarakterin nə kimi əhəmiyyət kəsb etdiyi məsələləri üzərində durmuşdur. Təlim əsnasında H.Qardnerin verbal, məntiqi, vizual, bədən, musiqi, şəxsiyyətlərarası qabiliyyətlərin müəyyələşdirilməsi testləri və s. kimi məsələlərlə bağlı mövzulara toxunuldu.

Yekunda layihə rəhbəri iştirakçılara uğurlar arzu edərək layihənin  qapanışının 16 mart 2019-cu ildə baş tutacağını və bu zaman iştirakçılara sertifikat və təlim kitabı təqdim ediləcəyini qeyd etdi. Sonda təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

 

297 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər