GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

“Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək” adlı layihənin təlimləri keçirilməyə başlanılmışdır.

02 fevral 2019-cu ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstəkadlı layihənin təlimləri keçirilməyə başlanılmışdır. Binəqədi Gənclər Evində başlanan təlimlərə giriş nitqi ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək”  İctimai Birliyinin sədr müavini dosent Ruslan Abdullayev açıq elan etmişdir. O, öz çıxışında qeyd etmişdir ki, peşə seçimi edərkən ən əsas 2 məsələyə  diqqət etməliyik:

1- Qabiliyyət və bacarığın aşkarlanması

2-  Maraq dairəsinin təyin olunması

Bu gün aktual olan bir peşə 5-10 il sonra ola bilər ki, istifadə edilməsin. Ona görə də uşaqlara peşə, ixtisas seçdirərkən beş, on il sonranı düşünüb qərar vermək lazım olduğunu qeyd etdi.

Daha sonra təlimçi Elşad Yunusov təlimlər zamanı Amerika psixoloqu A. Maslounun tələbatların iyerarxik nəzəriyyəsi iştirakçılara izah edərək peşə seçimində nələrə diqqət ediləcəyini izah etmişdir. Özünü seçdiyin peşəyə hazırlaya bilmək üçün öz potensialını artırmaq tələbatları kimi təzahür edən özünüaktuallaşdırma tələbatları meydana çıxacaq ki, bu da sənin özünü ifadə etməyinə gətirib çıxaracaqdır. Burada başlıca məsələlərdən biri özünə kənardan baxa bilmək və özünü dərk etmək olduğunu təlimçi qeyd etmişdir. Bununla yanaşı təlim əsnasında “Peşə özünütəyini”, “Peşələr aləmi”, “Peşə və ixtisas tələbləri”, “Əmək bazarının tələbi”, “Peşə seçiminin modeli” və s. kimi məsələlərlə bağlı mövzulara toxunuldu.

Yekunda layihə rəhbəri iştirakçılara uğurlar arzu edərək layihə çərçivəsində ikinci təlimin 9 fevral 2019-cu ildə baş tutacağını qeyd etdi.

56 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər