GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstək

13 yanvar 2019-cu ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi Gənclərin növbəti təhsil pilləsində ixtisas seçiminə dəstəkadlı layihənin ilk tədbiri keçirilmişdir.  Binəqədi Gənclər Evində başlanan tədbiri giriş nitqi ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək”  İctimai Birliyinin sədr müavini dosent Ruslan Abdullayev açıq elan etmişdir. O, öz çıxışında qeyd etmişdir ki, 2010-cu ildən fəaliyyət göstərən “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi, artıq 12 layihə həyata keçirərək vətənimizin ictimai-mədəni həyatında aktiv fəaliyyət göstərmişdir. Daha sonra icra ediləcək layihə haqqında layihə rəhbəri Kamran Yahyayev ətraflı bəhs edərək ən aktual problemlərdən biri olan gənclərin peşə seçimi mövzusuna toxundu. Peşə haqqında düzgün təsəvvürün olmaması, seçilən peşənin hansı şəxsi keyfiyyətlər və səriştələr tələb etməsinin nəzərə alınmaması, valideynlərin istək və arzularının təsirinin yeniyetmələrin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə səbəb olduğunu vurğuladı.  Gənclər arasında peşə və ixtisas seçimində günümüzün tələbatı istiqamətində yetişmiş ixtisaslı kadrların azlığı, ixtisas seçimi ilə əlaqədar məlumatsızlıq, iş dünyasının tələblərinin yetərli səviyyədə bilinməməsi, ali təhsil pilləsini tamamlamış gənclərin məzun olduğu ixtisası istiqamətində fəaliyyət göstərməməsi kimi problemlərin olduğunu dedi. Layihənin əsas məqsədinin gəncləri təhsilin növbəti pilləsi üçün isitqamətləndirən orta məktəblərdəki müdir müavinləri, psixoloqları, hazırlıq kurslarındakı ixtisas seçimi ilə məşğul olan mütəxəssislərin qarşılaşacağı problemlərin kompleks və sistemli şəkildə, vaxt itkisinə yol vermədən həll olunmasına yönəldiyini vurğuladı. Bunun üçün də peşəkar təlimçilər cəlb edilərək maarifləndirici təlimlərin verilməsi nəzərdə tutulduğunu qeyd etdi.

Daha sonra layihənin eksperti Rəşad Səlimov iştirakçıları layihə ilə bağlı məlumatlandırdı. Təlim zamanı ixtisas seçimi ilə əlaqədar kiçik və orta sahibkarlığın tələblərinin nələr olduğunu, təhsilin növbəti pilləsi üçün ixtisas seçimi ilə əlaqədar tələblər və meyarları, ixtisas seçimində psixoloji amilləri, gənclərin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi və ixtisas seçiminə uyğun istiqamətləndirilməsi, peşəyönümü və bacarıqların qiymətləndirilməsi və s. kimi məsələlərlə bağlı təlimlər veriləcəyini bildirdi.

Yekunda layihə rəhbəri iştirakçılara uğurlar arzu edərək layihə çərçivəsində ilk təlimin 2 fevral 2019-cu uldə baş tutacağını qeyd etdi.

231 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər