GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

AMEA-nın əməkdaşlarına “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrə görə pul mükafatının verilməsi haqqında sərəncam imzalanmışdır

AMEA-nın əməkdaşlarının “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunan hər bir məqaləyə görə onun müəlliflərinə 100 manat məbləğində birdəfəlik pul mükafatının verilməsi barədə AMEA prezidenti sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar AMEA-nın elmi müəssisələri tərəfindən 2017-ci ildə bu bazalarda indeksləşən jurnallarda dərc olunmuş məqalələr haqqında məlumat AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinə təqdim olunmuşdur. Təqdim olunmuş məqalələr ETBİ-nin Elmi-analitik Şöbəsi tərəfindən təhlil edilmiş, məqalələrin dərc olunduğu jurnallar, onların faktiki bu bazalarda olması müvafiq qaydada yoxlanılmışdır. Məlum olmuşdur ki, AMEA üzrə 2017-ci ildə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda 588 məqalə dərc olunmuşdur.

Qeyd edək ki, artıq 3-cü ildir AMEA prezidentinin müvafiq sərəncamına əsasən AMEA alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda nəşr  olunan hər bir məqaləyə görə pul mükafatı verilir. 

Xəbər http://eti.science.gov.az saytına istinadən verilir.

73 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər