GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

CİS məktəbinin təşkili layihəsində seçilmiş tələbələrlə ilkin görüş keçirildi.

İyun ayının 10-da “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai
Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi birinci qrant müsabiqəsində
qalib gəlmiş “Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi” layihəsinin açılış
mərasimi təşkil edildi. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Dr Həzi
Eynalov iştirakçıları salamladı. İctimai birliyin fəaliyyət istiqamətindən, görülən
işlərdən, həyata keçirilmiş layihələrdən söz açan Dr.Həzi Eynalov çağdaş
dünyamızda dövlətimizin gəncliyə, elmə verdiyi töhfədən danışdı. İctimai birlik
olaraq həmişə elmə həvəsli olan gənclərin yanında olduğunu qeyd etdi. Daha sonra
Coğrafi İnformasiya Sistemləri (CİS) haqqında hazırlanmış videoçarx nümayiş
olundu.
Nümayişdən sonra çıxış edən layihə rəhbəri, CİS mütəxəssisi Samir
Vəlizadə “Qloballaşan dünyamızda CİS-in rolu” mövzusunda təqdimat apardı.
Eyni zamanda Samir Vəlizadə öz çıxışında CİS-in tətbiqedilmə sahələrindən,
ölkəmizdəki mövcud durumdan, dövlət və özəl müəssisələrdə CİS-in tətbiq
edilməsindən və CİS-lə bağlı qarşıda duran problemlərdən söz açaraq bu kimi
layihələrin önəminə işıq tutdu.
Sonda layihə çərçivəsində keçiriləcək olan təlimlərdə iştirak etmək hüququ
qazanmış iştirakçılar təbrik edilərək ictimai birlik tərəfindən çap edilmiş müxtəlif
kitablar hədiyyə olaraq təqdim edildi. Qeyd edək ki, təlim günləri elan olundu və
ilk təlim 23 iyun tarixində həyata keçiriləcək.

207 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər