GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlərYerli xəbərlər

“Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan “Gənclərin Elmi Araşdırmalarına Dəstək – GEAD” İctimai Birliyi qazanmış olduğu  “Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi” adlı layihənin həyata keçirilməsi üçün dinləyici qəbul edir. Təlim əsnasında dinləyici:

  • CİS haqqında təsəvvür və onun əhəmiyyəti;
  • CİS-in tətbiq sahələri və istifadə imkanları;
  • CİS texnologiyası məhsulları;
  •  CİS-də obyektlərin və informasiyaların verilməsi;
  • CİS proqramlarından istifadə etməklə, məkan və zaman daxilində sadə təhlillərin aparılması;
  • CİS-in 2-ölçülü olaraq istifadə olunan ən zəruri alətləri ilə yanaşı 3-ölçülü (3D) modellərinin də qurulması;
  • CİS-in modullarının və məhsullarının hazırlanması;
  • Müxtəlif sahələr üzrə müəyyən olunmuş mövzular əsasında praktiki dərslərin tətbiqi;
  • Hər zaman yenilənən CİS texnologiyalarına zamanında adaptasiya imkanlarının öyrədilməsi kimi biliklərə yiyələnəcək və proqramı tam mənimsəyəcəkdir.

 

Təlimdə bakalavr və magistrlar iştirak edə bilərlər. İştirak etmək istəyən dinləyici öz CV-sini və motivasiya məktubunu aşağıdakı elektron poçt ünvanına (CİS məktəbi başlığı ilə) 1-20 may 2018 tarixlərində göndərilməsi xahiş olunur.

 

Qeyd: Dərslər tamamilə ödənişsiz təşkil olunur və ictimai birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi birinci qrant müsabiqəsi çəçivəsində maliyyələşir.

(+99455) 808 47 38

(+99455) 299 24 18

mail.gead@gmail.com

 

1253 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər