GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəManset Xəbərlər

Magistr və Doktorantların nəzərinə!

 

Magistr və Doktorantların nəzərinə!

GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK (GEAD) İctimai Birliyi elektron jurnalına məqalə qəbulu elan edir:

 

-Məqalə mətni  Microsoft Word  for Windows  redaktorunda Times New Roman (Az.latın)  şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) A4 formatlı standarta uyğun yığılır.

-Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul edilir;

-Məqalə  mətni  5 səhifədən artıq olmamalıdır;

-Mətnin əvvəlində:

məqalənin adı

magistr və ya doktorantın soyadı, adı və atasının adı

e-mail ünvanı

ali təhsil müəssisəsinin adı

yazılmalıdır.

-Məqalədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.

• İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

• İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir, Məsələn,  [3]

 

Təqdim edilən məqalələrdə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məqalələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.

Bu tələblərə uyğun gələn məqalələr  ödənişsiz çap ediləcək.

Məqalələrin qəbul olunması üçün son tarix  15 noyabr 2016-ci il

 

814 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər