GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəGEAD haqqında Ümumi məlumat

Ümumi məlumat

“GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK”

İCTİMAİ BİRLİYİ

Ölkəmizdə təməli ümummilli lider, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən köklü islahatlar dinamik iqtisadi inkişafa təkan vermiş, sosial, iqtisadi və digər mühüm əhəmiyyətli sahələrdə olduğu kimi elm və təhsil sahəsində də siyasətin daha fəal həyata keçirilməsi üçün əlverişli zəmin yaratmışdır. Son zamanlar Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə elm və təhsilə xüsusi qayğının göstərilməsi istiqamətində görülən işlərin miqyası genişlənmiş, bu sahəyə ayrılan dövlət vəsaitlərinin həcmi artırılmış, ölkəmizin əhalisinin elmi potensialının, təhsil səviyyəsinin inkişafına və müasirləşdirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi böyük vüsət almışdır. Biz bu istiqamətdə görülən işləri həmişə ürəkdən dəstəkləmişik və bü siyasətə olan dəstəyimizi, bu uğurlu siyasətin bir parçası olmaq istəyimizi və gedən islahatlara bizim də töhfə verə biləcəyimizi rəhbər tutaraq “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyini təsis etmək qərarına gəldik. “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi 29 mart 2010-cu ildə yaranmış, 30 aprel 2010-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyimizin əsas məqsədi gənclərdə elm və təhsilə olan marağın artırılmasına yönəlmişdir.

 “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin məqsədi istedadlı gəncləri elmi fəaliyyətə təşviq etmək yolu ilə ölkə rəhbərliyinin iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində atdığı addımları dəstəkləməkdən ibarətdir.

Əsas fəaliyyət istiqamətlərindən biri də gənc tədqiqatçıların iştirakı ilə layihələr həyata keçirmək olan birliyimiz 6 il müddətində 11 layihənin icrasını həyata keçirmişdir:

  • 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi ilə Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş baza məlumatlarını toplamış, turizm xidmətlərinin qiymətlərinin müqayisə sistemini qurmuşdur. Bununla turizm xidmətlərinin keyfiyyətinin turistlərin rəyləri əsasında qiymətləndirilməsi sistemini formalaşdırmış, toplanmış informasiyanı mərkəzləşdirilmiş veb-sayt vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmişdir. İctimai Birlik bu layihə çərçivəsində əhalinin bütün təbəqələrinin turizmə marağının artırılmasına çalışmışdır;
  • 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” adlı layihəsini həyata keçirmişdir. Bu layihə çərçivəsində GEAD İctimai Birliyinin əsas məqsədi ali təhsil alan gənclərdə seminarla elmi tədqiqatlara maraq oyadaraq onları müxtəlif elm sahələrində araşdırmalara sövq etmək, dünya təcrübəsində yeni metodika və yanaşmaların təqdimatını həyata keçirmək, tələbələrə ölkədaxili və xarici universitetlərdə magistratura və doktorantura pillələri üzrə təhsil almaq imkanları haqqında geniş məlumatlar verərək müvafiq elm sahələrindəki təcrübələrin qarşılıqlı müzakirə və dəyərləndirilməsi üçün tələbələrlə dialoq və əməkdaşlığı təmin etmək olmuşdur;
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihəni həyata keçirmişdir. Bu layihə çərçivəsində regiondakı gənc tədqiqatçılar elmi məqalələrin, beynəlxalq konfrans materiallarının və tezislərin müasir elmi tədqiqat metodlarından istifadə edərək hazırlanması istiqamətində maarifləndirilimiş, gənc tədqiqatçılara ixtisaslar üzrə məqalələrin əldə edilməsi istiqamətində beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanları haqqında məlumat verilmişdir. GEAD İctimai Birliyinin buradakı əsas məqsədi Azərbaycanın elmi potensialının dünya elmi mühitinə inteqrasiyasında region gənclərinin fəallığını artırmaq olmuşdur.
  • 2013-cü ildə Türkiyənin Fırat Universitetinin “Orta Doğu Araştırmaları Merkezi” ilə birgə “Qarabağ xüsusi buraxılışı” - elmi məqalələr toplusunu çap etdirərək Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışdır.
  • 2013-cü ildə Azərbaycan Universiteti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycanlıların soyqırımı arxiv sənədlərində” mövzusunda I Beynəlxalq elmi konfrans keçirərək gənc alimlərdə 200 il ərzində erməni şovinistləri tərəfindən Azərbaycan xalqına qarşı yönələn etnik təmizləmə və soyqırım siyasətinin araşdırılmasına maraq oyatmışdır. Layihə çərçivəsində keçirilən panel və seminarlarla gənc alimlərin azərbaycanlılara və türklərə qarşı erməni millətçiləri tərəfindən həyata keçirilmiş soyqırımların elmi şəkildə öyrənilməsinə maraq oyadaraq onları başda Türkiyə arxivləri olmaqla dünyanın müxtəlif ölkələrindəki elmi arxivlərdəki soyqırımla bağlı olan sənədləri araşdırmalara sövq etməyə çalışmışdır.
  • 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi” adlı beynəlxalq konfrans keçirmişdir. Layihənin əsas məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan “erməni məsələsi”ni geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu məsələni hər iki ölkə ictimaiyyətinin və gənc tədqiqatçı yazarlarının diqqətində saxlamaq idi. GEAD İctimai Birliyinin bu layihəni icra etməkdə bir məqsədi də hər iki ölkənin ədəbi mühitinin “erməni məsələsi”nə baxışını, bu istiqamətdə hansı dəyərli əsərlərin olduğunu müəyyənləşdirmək və onları ölkə ictimaiyyətinə təqdim etmək olmuşdur;
  • 2015-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Bakı-2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” adlı layihəni həyata keçirmişdir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan maddi-mədəni irsini və Dağlıq Qarabağ həqiqətlərini idman ictimaiyyətinə çatdırmaq olmuşdur. GEAD İctimai Birliyi bu layihə vasitəsi ilə iştirakçı ölkələrlə Azərbaycan arasındakı siyasi-iqtisadi, sosial-mədəni və strateji münasibətləri təbliğ edərək, həmçinin iştirakçı ölkələrin nümayəndələrini Azərbaycan–Avropa münasibətləri ilə bağlı məlumatlandırmışdır.
  • 18 aprel 2015-ci il tarixində Azərbaycan Universiteti (AU), AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və "SƏS" Media Qrupunun birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “Uydurma erməni soyqırımı:yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II Beynəlxalq elmi-praktik konfransın təşkilində Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyi (GEAD) də partnyor kimi iştirak etmiş və öz üzərinə düşən işləri layiqincə yerinə yetirmişdir. 
  • GEAD İctimai Birliyi layihələrini yalnız ölkədaxilində deyil ölkəxaricində də həyata keçirir. Belə ki, 2016-cı il 24 fevralda Avstriyanın paytaxtı Vyanada Vyana Texniki Universitetində “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı” mövzusunda konfrans təşkil edərək beynəlxalq tədbir həyata keçirmişdir.
  • 16 aprel 2016-cı il tarixində Azərbaycan Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Türkiyənin Anadolu Universitetinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin (İB) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümlərinə həsr olunmuş “Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirmişdir.
  • 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncə keçmişin mirası, gələcəyin mədəniyyət nümunəsi kimi” adlı beynəlxalq layihəni icra etməkdədir.

6 il müddətində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi 6 ədəd kitabın nəşrini həyata keçirmiş və müxtəlif mövzular üzrə 60 seminar və dəyirmi masa təşkil etmişdir. 

Sosial şəbəkələr

Faydalı linklər